MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ
Hörmətli cənab Prezident,
Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri ardıcıl inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimiz bir çox sahələrdə qarşılıqlı maraq doğuran səmərəli əməkdaşlığımız üçün daim möhkəm zəmin olacaqdır.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 iyul 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]