Misir mətbuatı Azərbaycan Ordusunun uğurları barədə məlumatlar yayıb
Qahirə, 30 sentyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” internet nəşri, “Youm7” informasiya portalı və “Gomhuria” qəzeti AZƏRTAC-a istinadla Azərbaycan Müdafiə Nazirliyinin məlumatını, Hərbi İnformasiya Mərkəzinin brifinqini yayıb.
Misir ictimaiyyətinə Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu əks-hücum əməliyyatı, Ermənistan qoşunlarına endirdiyi sarsıdıcı zərbələr barədə ətraflı məlumat verilib.
Misirin “Alwasela” internet nəşri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ermənilərin saxta məlumatlar yayması ilə əlaqədar açıqlamasını yayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [00:02]
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
- 25.08.2026 [18:02]