Misirdə daha 13 nəfərdə koronavirus aşkarlanıb
Qahirə, 14 mart, AZƏRTAC
Son 24 saat ərzində Misirdə koronavirusa daha 13 yoluxma halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, COVID-19 virusuna yoluxanların səkkizi əcnəbilər, beşi isə yerli sakinlərdir. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 93 nəfərə çatıb. İki nəfər isə xəstəlikdən həyatını itirib.
Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, müayinə üçün xəstəxanalara müraciət edən 32 nəfərdə koronavirus analizinin nəticələri mənfi olub.
Təhlükəli virus Şimali Afrika regionunun digər ölkələrində də yayılır. Son məlumatlara görə, Mərakeşdə 7, Əlcəzairdə 19, Tunisdə isə 16 nəfər koronavirusa yoluxub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]