Misirdə parlament seçkilərinin ikinci mərhələsi başa çatıb
Qahirə, 9 noyabr, AZƏRTAC
Misirdə parlamentin aşağı palatasına seçkilərin ikinci mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə seçkilər ölkənin daha 13 vilayətində keçirilib.
Misirin Milli Seçki Komissiyasının (MSK) məlumatında qeyd olunub ki, paytaxt Qahirədə və digər şəhərlərdə keçirilən seçkilərdə 72 seçki dairəsi və 9468 seçki məntəqəsində əhalinin yüksək fəallığı müşahidə olunub. Oktyabrın 27-28-də baş tutmuş birinci və noyabrın 7-8-də keçirilmiş ikinci mərhələnin nəticələri noyabrın 15-də açıqlanacaq.
MSK-nin sədri Ləşin İbrahim jurnalistlərə müsahibəsində bildirib ki, parlament seçkilərinin birinci mərhələsində 14 vilayətdə seçicilərin 28,06 faizi, yaxud 31 milyon seçicinin 9 milyondan çoxu səs verib. Həmin mərhələdə Müstəqbəl Vətən Partiyasının koalisiyası daha çox səs toplayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]