Misirdə son sutkada koronavirusa 232 yoluxma faktı qeydə alınıb
Qahirə, 24 aprel, AZƏRTAC
Aprelin 23-də Misirdə koronavirusa (COVID-19) rekord sayda - 232 nəfər yoluxub, karantin xəstəxanalarında müalicə edilən 11 pasiyent isə dünyasını dəyişib. İndiyədək bu ölkədə 3891 yoluxma, 287 ölüm faktı qeydə alınıb. AZƏRTAC xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat yayıb.
Qeyd olunub ki, son sutka ərzində 69 nəfər sağalıb. Beləliklə, indiyədək ölkədəki 12 karantin xəstəxanasından 1004 pasiyent tam müalicə olunaraq evə buraxılıb.
Səhiyyə naziri Hala Zayid Ramazan ayında koronavirusdan qorunmaq üçün əhaliyə müraciət edib. O, insanları sosial məsafə qaydasına əməl etməyə, oruc tutanları orqanizmin immunitetini gücləndirmək üçün faydalı qidalanmağa çağırıb.
Misirdə Ramazan ayı ilə əlaqədar karantin rejimi bir az yumşaldılıb. Artıq marketlər axşam saat 17:00-dək işləyəcək, küçəyə çıxma qadağası isə axşam saat 21:00-dan səhər 06:00-dək müəyyən edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]