Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub edib
Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da Misli Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran bölgə təmsilçisi 7-ci sıradadır. Bakı klubu isə 34 xalla beşinci pillədə qalıb.
Günün ikinci matçında “Zirə” “Səbail”i qəbul edəcək. Qarşılamanın start fiti saat 17:30-da səslənəcək.
Xatırladaq ki, meydan sahibləri 48 xalla ikinci, “Dənizçilər” 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, ötən gün turun açılış oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]