Misli Premyer Liqasında daha iki oyun keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Misli Premyer Liqasının XIII turunda növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “İmişli” və “Sabah” komandaları çıxıb.
Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil edilən görüş Bakı klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci matçında isə “Qarabağ” komandası “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” komandası “Kəpəz”i 2:0 hesabı ilə üstələyib. “Turan-Tovuz” – “Neftçi” görüşündə isə qalib müəyyənləşməyib. Tura noyabrın 30-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]