Mixail Popşoy Moldovanın yeni xarici işlər naziri olub
Kişineu, 24 yanvar, AZƏRTAC
Moldovada bu günədək Niku Popeskunun çalışdığı xarici işlər və inteqrasiya naziri postunu parlamentin vitse-spikeri, hakim “Fəaliyyət və həmrəylik” partiyasının deputatı Mixail Popşoy tutacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında Moldova Respublikasının Baş naziri Dorin Reçan elan edib.
Moldova parlamentinin deputatı olan M.Popşoy qanunverici orqana ilk dəfə 2019-cu ildə seçilib. O, 2017-ci ildən bəri “Fəaliyyət və həmrəylik” partiyasının sədr müavinidir.
Yeni nazir İtaliyanın Milan Universitetində politologiya üzrə doktor elmi dərəcəsi alıb. Parlamentin üzvü olmazdan əvvəl o, bəzi beynəlxalq təşkilatlarda siyasi müşavir olub. Popşoy, həmçinin NATO-nun Moldovadakı Mərkəzində layihə meneceri və ABŞ səfirliyində siyasi təhlilçi vəzifələrində çalışıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]