DÜNYA
Moldova hökuməti Aİ-yə üzvlük planını müzakirəyə çıxarıb

Bakı, 2 oktyabr, AZƏRTAC
Moldova hökuməti Avropa İttifaqına üzvlüklə bağlı Milli planı ictimai müzakirəyə çıxarıb.
AZƏRTAC xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku sosial şəbəkələrdə yazıb.
“Bu plan Moldovanı 2030-cu ilədək Aİ-yə daxil olmağa hazırlamaq barədə əvvəlki sənədləri əvəzləyərək və milli məqsədimizi əks etdirərək Avropaya inteqrasiya yolunda mühüm mərhələni ehtiva edir”, - deyə Niku Popesku bildirib. Onun sözlərinə görə, sənəd Avropa Komissiyası ilə birgə aparılan qiymətləndirmə prosesindən sonra yenidən işlənəcək.
“Avropa İttifaqına üzvlük ölkəmiz üçün ən vacib hədəfdir və vətəndaşların bu məsələdə iştirakı daha cəlbedici gələcəyin qurulması üçün həlledici əhəmiyyətə malikdir”, - deyə nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [17:51]
Finlandiyada həmkarlar ittifaqları hökuməti tətillə hədələyir
- 07.12.2023 [16:55]
Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri KİV-ə birgə açıqlama veriblər
- 07.12.2023 [16:45]
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə yüksəlib
- 07.12.2023 [16:40]
İran Prezidenti İbrahim Rəisi Moskvaya səfər edib
- 07.12.2023 [16:15]
Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub
- 07.12.2023 [15:52]