MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR VORONİNƏ
Hörmətli Vladimir Nikolayeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və bütün Moldova xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Fərəhlidir ki, bu gün Azərbaycanı və Moldovanı bir-birinə sıx dostluq, qarşılıqlı dəstək və tərəfdaşlıq telləri bağlayır. Əminəm ki, iqtisadi əməkdaşlığımız və siyasi qarşılıqlı əlaqələrimiz bundan sonra da xalqlarımızın və dövlətlərimizin mənafeyi naminə səmərəli surətdə inkişaf edəcəkdir.
Hörmətli Vladimir Nikolayeviç, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 avqust 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]