Moldovalı nazir: Enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından Azərbaycan Moldovanın əsas tərəfdaşıdır
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan həm ənənəvi enerji ehtiyatları, həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Enerji ehtiyatları tədarükünün şaxələndirilməsi baxımından Azərbaycan Moldovanın əsas tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu Bakı Enerji Forumunda deyib.
Nazir bildirib ki, yarımil ərzində Moldovada qazın qiyməti 5 dəfə artıb. Bu da enerji ehtiyatları olmayan Serbiya və Moldova kimi ölkələrə çox ciddi təsir edir.