Azərbaycan Dövlət İnformasiya Agentliyi

MOLDOVANIN BAŞ NAZİRİ VASİLE TARLEVİN ÇIXIŞI

-Hörmətli cənab Prezident,

Hörmətli nümayəndə heyətlərinin başçıları,

Xanımlar və cənablar!

İlk növbədə, regionumuz üçün bu mühüm tədbiri hazırladığınıza görə sizə təşəkkürümü bildirmək istəyirəm. İcazə verin, səmimi qəbula və zirvə görüşünün gözəl təşkilinə görə Azərbaycan Prezidentinə və onun komandasına ayrıca minnətdarlığımı ifadə edim.

Kiyev zirvə görüşünün nəticələri həm ümumilikdə GUAM, həm də təşkilatın üzvü olan ayrılıqda hər bir ölkə üçün çox mühümdür. GUAM-ın katibliyinin təsis edilməsi, baş katibin təyin olunması bu təşkilatın regional və beynəlxalq səviyyələrdə möhkəmlənməsinə yönəldilmiş qərarlardır. Biz buna doğru bir neçə il yol getmişik və indi GUAM beynəlxalq təşkilat kimi mövcuddur. Ölkələrimizin səmərəli iqtisadi və demokratik inkişafına kömək göstərən və bunu təmin edən sistemin yaradılması üçün əlimizdən gələni etməliyik.

Moldova müxtəlif regional təşkilatlarda və təşəbbüslərdə iştirak edir ki, bu da ölkəmizin Avropaya inteqrasiya yolunda irəliləməsinin əlavə mexanizmidir. Bu mənada Moldovanın GUAM-ın üzvü statusu Cənub-Qərbi Avropada sabitlik amilidir. Cənub-Qərbi Avropada əməkdaşlıq prosesi regionda mövqelərimizi möhkəmləndirir, iqtisadi və sosial inkişafa, demokratik prinsiplərin irəliləməsinə kömək göstərir, Avropa standartlarına və dəyərlərinə sadiqliyimizi təsdiq edir.

GUAM ölkələri Avropaya inteqrasiyanı fəaliyyətlərinin öncül istiqamətlərindən biri elan etmişlər. Biz Avropa İttifaqının strukturları ilə işi, GUAM və Avropa İttifaqı arasında qarşılıqlı surətdə faydalı layihələrin, o cümlədən energetika, nəqliyyat və infrastruktur layihələrinin hazırlanmasını katibliyin fəaliyyətinin mühüm tərkib hissəsi hesab edirik.

Zənnimizcə, beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, ATƏT-də, Avropa Şurasında nümayəndələrimizin fəaliyyətinin əlaqələndirilməsinə dair səylərimizi davam etdirmək lazımdır. Eyni zamanda, diqqəti digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafında cəmləşdirmək lazımdır. Ölkələrimizin ümumi maraq kəsb edən məsələlərlə bağlı birgə mövqelərini beynəlxalq təşkilatlar çərçivəsində razılaşdırmaq və hazırlamaq təcrübəsi davam etdirilməlidir. Mən təsdiq etmək istərdim ki, GUAM-ın üzvü olan ölkələr arasında heç bir, o cümlədən siyasi problem yoxdur. Moldova təşkilatın üzvü olan ölkələrlə münasibətlərini bundan sonra da həmin ruhda quracaqdır. Gürcüstan Prezidentinin Azərbaycan ilə əməkdaşlıq və sıx qarşılıqlı münasibətlərlə bağlı gətirdiyi misalı Moldova ilə Ukrayna arasında əlaqələrə də şamil etmək olar. Fürsətdən istifadə edərək, əməkdaşlığa və qarşılıqlı anlaşmaya görə Viktor Andreyeviçə şəxsən təşəkkürümü bildirim.

Birləşmiş Ştatlar və digər ölkələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq GUAM-ın inkişafının mühüm elementidir. Buna görə də ötən il Moldova hökuməti GUAM çərçivəsində terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə və digər ağır cinayətlərlə mübarizəyə dair milli virtual mərkəz yaratmağı qərara aldı. Moldova Daxili İşlər Nazirliyi yanında ixtisaslaşdırılmış müəssisələrarası qurum kimi bu virtual mərkəzin məqsədi Buxarestdə milli idarələr və mərkəzlərlə GUAM-ın analoji informasiya-təhlil mərkəzləri arasında transsərhəd cinayətkarlıqla mübarizə, habelə birgə əməliyyatlarda iştirakın və onların keçirilməsinin əlaqələndirilməsi sahəsində vahid sistemdə informasiya mübadiləsini təmin etməkdir.

Biz GUAM ilə Yaponiya arasında dinamik inkişaf edən əməkdaşlığı alqışlayır və Yaponiya tərəfinin konkret iqtisadi layihələrin hazırlanmasını və tətbiqini dəstəkləyəcəyinə ümid bəsləyirik.

Hörmətli cənablar! GUAM katibliyinin və baş katibinin işə başladığı indiki mərhələdə sözdən konkret fəaliyyətə keçməyin, yəni xalqlarımızın və dövlətlərimizin rifahı naminə, təkcə GUAM-ın üzvləri üçün deyil, ümumilikdə bütün region üçün konkret layihələrin gerçəkləşdirilməsinin vaxtı çatmışdır. Düşünürəm ki, ölkələrimizin potensialı çox yüksəkdir və indiyədək hələ tam istifadə olunmamışdır. Burada hamı üçün, o cümlədən Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və inkişaf üzrə digər tərəfdaşlar üçün yer var.

Bu baxımdan, GUAM ölkələrində kommersiya münasibətlərinin və əmtəə dövriyyəsinin inkişafına kömək edəcək birgə ticarət evlərinin yaradılmasını təklif etmək istərdim. Moldova Bakıda, Tbilisidə, Kiyevdə və bir sıra digər şəhərlərdə ticarət evlərinin açılması ideyasını nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Ukrayna bu layihə ilə maraqlanarsa, biz Kişinyovda ticarət evlərinin açılması barədə müvafiq qərarları nəzərdən keçirməyə və bu məsələ ilə bağlı danışıqlara başlamaq üçün Moldova Respublikasının GUAM ölkələrindəki səfirliklərinə müvafiq təlimatlar verməyə hazırıq.

Təklif etmək istədiyimiz layihələrdən biri GUAM ölkələrinin mədəniyyət festivallarının, habelə ölkələrimizin gənclərinin festivallarının keçirilməsidir. Bizim regionun zəngin mədəni irsi vardır. Zənnimcə, GUAM-ın fəaliyyət göstərdiyi bütün illər ərzində mədəni mübadiləyə, ölkələrimizin vətəndaşlarına bir-birini daha yaxşı tanımaqda, dostluq münasibətlərini inkişaf etdirməkdə kömək edəcək bu cür tədbirləri heç vaxt keçirməmişik.

Bu baxımdan, ölkələrimizin ümumi inkişafının vacib istiqamətlərindən biri nəqliyyat infrastrukturudur. TRASEKA, QİƏT çərçivəsində həyata keçirilən, Qara dəniz ətrafında dairəvi yolun çəkilməsinə, habelə Avropa nəqliyyat dəhlizlərinə dair layihələr bu mühüm istiqamətin inkişafı üçün istifadə edilməlidir. İstərdik ki, növbəti zirvə toplantısınadək, bəlkə də bir az tez, masalarımızın üstündə GUAM-ın nəqliyyat yollarının xəritəsi olaydı.

Mən təsdiq etmək istərdim ki, GUAM-ın üzvü olan ölkələr arasında insanların, kapitalın və əmtəənin hərəkəti baxımından problem yoxdur, lakin düşünürəm ki, bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq lazımdır. Moldova GUAM ölkələrinin təkcə GUAM məkanında deyil, digər ölkələrdə də nəqliyyat dəhlizlərinin, necə deyərlər, yaşıl dəhlizlərin yaxşılaşdırılması istiqamətində fəaliyyətini alqışlayacaqdır. Beləliklə, müəyyən istiqamətlərdə konkret layihələr həyata keçirməklə biz təşkilatımızı inkişaf etdirə, ümumi məqsədlərə nail ola bilərik.

Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə, - habelə enerji ehtiyatlarının Mərkəzi Asiya və Xəzər regionundan Avropa bazarlarına nəqli marşrutlarının şaxələndirilməsi yolu ilə, - səyləri artırmağın zəruriliyini vurğulayaraq, biz GUAM ölkələrinin tranzit potensialından, o cümlədən enerji daşıyıcılarının sabit daşınması üçün, maksimum istifadə olunması fikrini dəstəkləyirik. Təsdiq etmək istərdim ki, Moldova Nabukko layihəsinin tətbiqində maraqlıdır. Düşünürəm ki, Odessa-Brodı layihəsinin həyata keçirilməsi, istifadəyə verilməsi, səmərəli işləməsi kimi, bu da perspektivli layihədir. Enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə səyləri artırmağın zəruriliyini bir daha vurğulayıram, çünki bu, çox vacibdir. Moldova bu problemlə üzləşmişdir: 2005-2006-cı illərdə bizdə nəinki sabitlik pozulmuşdu, biz enerji şantajına məruz qalmışdıq. Biz buna yol verməməliyik və gələcəkdə dövlətlərimizin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü möhkəmləndirmək üçün enerji təhlükəsizliyini təmin etmək vacibdir.

İki ildən artıqdır ki, dövlətlərimiz enerji təhlükəsizliyinin təmin olunması və enerji ehtiyatlarının tranziti, nəqli imkanlarının axtarılması istiqamətində işləyir. Bütün dünyada energetika məsələsinin bir nömrəli məsələ olduğunu nəzərə alaraq, ölkələrimizin energetika nazirliklərini bu istiqamətdə fəaliyyətlərini gücləndirməyə və onların qarşısında qoyulmuş vəzifələri qısa müddətdə yerinə yetirməyə çağırmaq istəyirəm. Moldova Novodnestrovsk (Ukrayna)-Beltsı (Moldova)-Suçava (Rumıniya) enerji nəqli xəttinin tikintisi və istifadəyə verilməsində maraqlıdır. Zənnimcə, bu, ölkələrimiz üçün, region üçün faydalıdır.

Mən iştirakçılara təşəkkürümü bildirmək istəyirəm. Polşa Prezidenti yaxşı təşəbbüs irəli sürdü. GUAM-Polşa formatında konstruktiv söhbətə görə ona şəxsən təşəkkürümü bildirmək istəyirəm və düşünürəm ki, bu, yalnız başlanğıcdır.

Yuxarıda dediklərimlə əlaqədar, mövcud işçi qruplarının fəaliyyətinin səmərəliliyini artırmağın vacibliyini vurğulamaq istəyirəm. Əminəm ki, onların fəaliyyəti konkret işlər, həyata keçirilən layihələrə əsasən qiymətləndirilməlidir. Eyni zamanda, institusionallaşdırma prosesinin əvvəlində olduğumuza görə, biz yeni, qeyri-səmərəli qurumlar yaratmamalı, səylərimizi öncül istiqamətlərə və konkret nəticələrin əldə olunmasına yönəltməliyik.

Çıxışıma yekun vuraraq demək istərdim ki, qısamüddətli perspektivdə GUAM-ın əsas prioritetlərini necə gördüyümüzü dəqiq müəyyənləşdirə bilərəm: ölkələrimiz arasında iqtisadiyyat, ticarət, energetika, infrastruktur sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı anlaşmaya nail olunması və GUAM ölkələrinin ərazilərində kənardan süni şəkildə yaradılan və indiyədək müəyyən vəsaitlərlə dəstəklənən və maliyyələşdirilən “dondurulmuş” münaqişələrin həllinə dair birgə fəaliyyətin dəstəklənməsi, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Polşa və başqa ölkələrlə, habelə digər maraqlı tərəfdaşlarla daha səmərəli əməkdaşlıq etmək.

GUAM-ın sədri qismində Azərbaycan Respublikasına uğurlar arzulayır və ümumi məqsədlərin həyata keçirilməsində özümüzə və tərəfdaşlarımıza müvəffəqiyyətlər diləyirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb