Azərbaycan Dövlət İnformasiya Agentliyi

Molla rejimi: riyakarlıq və düşməncəsinə davranış

Molla rejimi: riyakarlıq və düşməncəsinə davranış

Bakı, 14 fevral, AZƏRTAC

İran molla rejiminin son vaxtlar Azərbaycan Respublikasında din pərdəsi altında xüsusi siyasi qruplaşmalar yaratmaq, casus şəbəkəsi formalaşdırmaq və bütün bunları Azərbaycan dövlətçiliyinə qarşı yönəltmək cəhdləri bir çox faktlarla təsdiqini tapır və düşməncəsinə münasibətdən xəbər verir.

Azərbaycan torpaqlarının 20 faizini 30 il işğal altında saxlayan, zəbt etdiyi ərazilərdə tarixi abidələri, məscidləri, pirləri, qəbiristanlıqları dağıdan erməni daşnaklarına hər cür siyasi, hərbi, iqtisadi dəstək verdiyi halda, oturub-durub İslam adından danışması, özünü əzilən müsəlmanların himayədarı kimi qələmə verməsi molla rejiminin riyakar mövqeyini bütün çılpaqlığı ilə ortaya qoyur.

Bu fikirlər AMEA-nın Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanovun “Molla rejimi: riyakarlıq və düşməncəsinə davranış” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Adı beynəlxalq terroru dəstələməkdə hallandırılan, İslamı başdan-ayağa qara fonda təqdim edən İran İslam Respublikasından fərqli olaraq, Azərbaycan Respublikası hər zaman müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirmək, Qərb ölkələrində bəzi bəlli səbəblərdən İslama olan xoşagəlməz münasibəti dəyişmək məqsədi güdən qlobal miqyaslı tədbirlər həyata keçirir. 2011-ci ildən başlayaraq mütəmadi təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizin paytaxtında keçirilməsi və həmin ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2015-ci ildə Avropa Oyunlarının, iki il sonra isə İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil olunması Azərbaycanın artıq müxtəlif sivilizasiyaların, xalqların və dinlərin qovuşa, anlaşa biləcəyi bir mərkəz halına gəlməsini sübut edir.

Bütün bunlara qısqanclıqla yanaşan İran hakim dairələri, gülməlidir ki, hətta 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsinə etiraz əlaməti olaraq, Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırmış, Təbrizdəki Azərbaycan konsulluğu qarşısında, Azərbaycanda dini hissiyyatın tapdalanması adı altında etiraz aksiyaları təşkil etmişdi. İranın bu və buna bənzər çoxsaylı addımları göstərir ki, İran molla rejimi öz ətrafında inkişaf etmiş, dünyəvi, demokratik, həm də regionda söz sahibi olan sivil bir müsəlman ölkəsi görmək istəmir. İran hakim dairələri hələ də Şimali Azərbaycana, eləcə də bir çox qonşu ölkələrə imperiya xəyallarının “işığında” baxır. Halbuki son min ildə indiki İran ərazisində yaranan imperiyaları (Böyük Səlcuqlu, Hülakülər, Ağqoyunlu, Səfəvilər, Avşarlar, Qacarlar) quranlar və idarə edənlər heç də farslar olmamış və onlar şovinst siyasət yürütməmişlər.

Molla rejimi bu gün, təəssüflər olsun ki, Pəhləvilərin İranda türk varlığını danmaq, türk kimliyini yox etmək siyasətini davam etdirməkdədir. Aydındır ki, 40 milyonluq xalqın varlığını danmaq, onun ana dilində belə ibtidai təhsil almasına imkan verməmək siyasəti gec-tez öz əks-təsirini göstərməli idi və göstərir də. Türk dünyasının gündən-günə güclənməkdə olan siyasi, iqtisadi, mədəni birliyi bu gün İranın şovinist qüvvələrinin qorxunc kabusuna çevrilməkdədir. Müstəqil türk dövlətləri arasında dostluq və qardaşlıq ideyasının yüksəlişi, siyasi müstəvidə həmrəylik və birliyin aşkar nümayişi, sözsüz ki, cənubdakı azərbaycanlı əhalinin öz milli kimliyini daha artıq dərk etməsinə, öz milli hüquqlarının bərpası yönündə fəaliyyətlərini genişləndirməsinə təkan verir. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artması, ölkədəki hakimiyyət və xalq birliyi bizə cənublu soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı tələbləri daha yüksək tribunalardan səsləndirmək imkanı yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı zamanı açıq şəkildə bildirmişdir ki, “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun hərbi əməliyyatlarına İranın əngəl törətmək cəhdləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinə imkan verməmək üçün İranın atdığı addımlar, ötən ilin oktyabr-noyabr aylarında İranın Azərbaycanla sərhəddə gerçəkləşdirdiyi hərbi təlimlər və s. bu ölkənin hakim dairələrinin məkrli siyasətini bir daha açıq-aydın aşkara çıxarır. Bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın, səfirlikdə çalışan Azərbaycan vətəndaşlarından birinin öldürülməsi və bir neçəsinin yaralanması ilə nəticələnən terror hadisəsi İran rejiminin Azərbaycana qarşı qərəzli və düşməncəsinə münasibətinin növbəti təzahürü kimi ciddi narahatlıq doğurur. Terrorçunun həbs olunandan az sonra əlini-qolunu sallayaraq İran dövlət televiziyalarına müsahibələr verməsi İran dövləti üçün utancverici hadisə olmaqdan əlavə, hakimiyyətin terror faktını ört-basdır etmək təşəbbüsü güdən təbliğatının eybəcər xarakterini də ortaya qoyur.

Sözsüz ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qonşuları ilə sülh şəraitində yaşamağa, qonşu dövlətlərə münasibətdə qarşılıqlı hörmət və ehtiramı gözləməyə xüsusi önəm verir. Amma qonşulardan hər hansı birinin ölkəmizdə daxili sabitliyi pozmaq üçün atılmış addımları, siyasi müstəqilliyimizə, ərazi bütövlüyümüzə xələl gətirmək cəhdləri heç vaxt cavabsız qalmır və bundan sonra da qalmayacaqdır.

Mən bu yığcam yazını ölkə Prezidentinin bugünkü İran hakimiyyətinin Azərbaycana qarşı yürütdüyü siyasətə qiymət verərkən səsləndirdiyi fikirlərlə yekunlaşdırmaq istəyirəm: “İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə, hər cür anti-Azərbaycan addımına cavab verəcəyik”. Ölkə başçısının səsləndirdiyi “hər cür anti-Azərbaycan addımına cavab verəcəyik” fikri, heç şübhəsiz, hansı sahədə çalışmasından asılı olmayaraq, ərazi bütövlüyümüzü və siyasi müstəqilliyimizi qorumağa hazır olan hər bir azərbaycanlının iradəsini ifadə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK VİDEO

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb  YENİLƏNİB  VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB VİDEO

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub VİDEO

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti