Monqolustanda sərt keçən qış 1,5 milyon ev heyvanının qırılmasına səbəb olub
Pekin, 23 fevral, AZƏRTAC
Monqolustanda olduqca sərt keçən qış 1,5 milyon başdan çox ey heyvanın, o cümlədən qaramal, qoyun-keçi və atın tələfatına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Monqolustanın Dövlət Fövqəladə Komitəsi açıqlama yayıb. Ölkənin baş nazirinin müavini, Dövlət Fövqəladə Komitəsinin sədri Saynbuyan Amarsayxan bildirib ki, cari qış mövsümündə “dzud” (monqol dilində yer səthinin qar ilə örtülməsi və ya donmasına səbəb olan sərt hava şəraitinin adı) ilə əlaqədar tələf olan ev heyvanlarının sayı 1 milyon 527 mini ötüb. Belə ki, qış mövsümündə Monqolustan ərazisinin təxminən 80 faizi qar ilə örtülü olub. Bu da heyvanların qidalanmasına öz mənfi təsirini göstərməklə yanaşı, onların şaxtadan tələf olmasına səbəb olub.
Qeyd edək ki, 3,3 milyon əhalisi olan Monqolustanda 71 milyon baş ev heyvanı, o cümlədən 32,3 milyon baş qoyun, 29,3 milyon baş keçi, 4,7 milyon baş qaramal, 4,2 milyon baş at, yarım milyon dəvə var. Heyvandarlıq Monqolustan iqtisadiyyatın aparıcı qüvvəsini, məşğulluğun əsas hissəsini təşkil edir. Ölkədə illik ət istehsalı təxminən yarım milyon ton, süd istehsalı isə bir milyon ton təşkil edir. Hökumət sərt qışın yaratdığı çətinliklərdən qorunması üçün xüsusi plan hazırlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [19:51]
Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq
- 29.05.2026 [19:14]
Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür
- 29.05.2026 [19:01]
İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir
- 29.05.2026 [18:06]
“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib
- 29.05.2026 [17:22]
Rumıniya Rusiya konsulluğunu bağlayır
- 29.05.2026 [16:37]
Türkiyədə Şengen viza sistemindən narazılıq artır
- 29.05.2026 [14:46]
İstanbulun fəthindən 573 il ötür
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]