Monteneqro parlamentində yeni siyasi palitra formalaşır
Bakı, 15 sentyabr, AZƏRTAC
Monteneqronun Dövlət Seçki Komissiyası bu yaxınlarda ölkədə keçirilən parlament seçkilərinin yekun nəticələrini açıqlayıb və qanunverici orqanda partiya və koalisiyaların əldə etdikləri yerlərin sayını müəyyən edib.
AZƏRTAC xəbər verir ki, parlament seçkilərinin rəsmi nəticələrinə müvafiq olaraq “Monteneqro uğrunda qətiyyətlə! Sosialistlərin Demokrat Partiyası - Milo Cukanovıç” koalisiyası indi 30 yer, “Monteneqronun gələcəyi naminə” - 27, “Millətimizə sülh” koalisiyası - 10, “Qara və ağ” platforması isə 4 yer əldə edib.
Sosial-demokratlar və Bosniya partiyası hərəyə 3 deputat yeri qazanıb.
Monteneqronun “Nik Geloşay-Gençi Nimanbequ” alban icmasının və “Həmrəylik” koalisiyasının hər biri yeni çağırış qanunvericilik orqanında bir nümayəndə ilə təmsil olunacaqlar.
Bununla da parlamentdə ölkənin inkişafının avropapərəst vektorunun qorunub saxlanması üçün kifayət qədər mandat toplanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]