Monteneqroda 5,4 bal gücündə zəlzələ olub
Podqoritsa, 14 mart, AZƏRTAC
Monteneqronun Nikşiç şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqro Hidrometeorologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Bildirilir ki, episentri Niksiçdən 32 kilometr şimal-qərbdə, Bosniya və Herseqovina ilə sərhədə yaxın Pluzine bölgəsində olan yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntı barədə məlumat verilmir.
Yeraltı təkan Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]