Monteneqroda prezident seçkilərində Yakov Milatoviç qalib gəlib
Podqoritsa, 3 aprel, AZƏRTAC
Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq qalib olub.
AZƏRTAC xəbər verir ki, Monteneqronun hazırkı Prezidenti Milo Cukanoviçin səs nisbəti isə 40 faizdir. Müşahidə və Tədqiqat Mərkəzinin (CEMI) açıqladığı nəticələrə görə, səslərin 98 faizi hesablanıb, seçkidə seçici fəallığı isə 70,6 faiz olub.
37 yaşlı Yakov Milatoviç seçki kampaniyasında ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, hazırkı Prezident Milo Cukanoviç səlahiyyət müddəti mayın 19-da başa çatır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]