Moskva zooparkına giriş bəbir geyimində gələn qadınlar üçün pulsuz olacaq
Bakı, 7 mart, AZƏRTAC
Moskva zooparkı bayram günlərində - martın 8-dən 10-dək qeyri-adi aksiya keçirəcək. Aksiya təbiətdə nadir sayda qalan böyük pişiklərə dəstək göstərilməsi ilə bağlıdır. Bu barədə AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir.
“Mart - baharın başlanğıcı, təbiətin oyanışı vaxtı və pişiklərin ənənəvi mövsümü deməkdir. İndi bir çox böyük pişiyin təbiətdə nə qədər nadir sayda qaldığını xatırlamağın əsl vaxtıdır”, – deyə zooparkın baş direktoru Svetlana Akulova qeyd edib ki, Uzaq Şərq bəbirlərinin sayı vəhşi təbiətdə 120-dən çox deyil, Amur pələnglərinin sayı isə təxminən 600-dür.
Zooparka pulsuz daxil olmaq üçün üzərində bəbir xalları olan ən azı iki ədəd nəzərəçarpan geyim və ya aksesuarla gəlmək tələb olunur. Məsələn, bu geyimlər və aksesuarlar gödəkçə və ya palto, şalvar və ya yubka, papaq, şərf və s. ola bilər.
"Tamamilə bəbir kimi görünürsünüzsə, deməli, siz bizim ziyarətçimizsiniz”, - zooparkdan bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]