MOSKVADA DİNİ QURUMLARIN LİDERLƏRİNİN ÜMUMDÜNYA SAMMİTİ KEÇİRİLƏCƏKDİR
Ümumdünya sammitində bəşəriyyəti narahat edən məsələlər, o cümlədən dinin müasir cəmiyyətdə yeri, sivilizasiyalararası dialoq prosesində rolu, terrorizm və ekstremizmə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, ekologiya, gənclərin mənəvi tərbiyəsi ilə bağlı məsələlər müzakirə olunacaq və bəyannamə qəbul ediləcəkdir.
Sammitdə şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək, iştirakçıları Azərbaycanın haqq işinin müdafiəsində həmrəyliyə çağıracaqdır.
Moskva sammitinin bəyannaməsi yaxın günlərdə Sankt-Peterburq şəhərində Böyük Səkkizliyin Zirvə görüşündə həmin ölkələrin liderlərinə təqdim olunacaqdır.