MƏDƏNİYYƏT
Moskvada “Kiçik xalqın böyük yolu. Azərbaycanda dağ yəhudiləri” kitabının təqdimatı olub
Moskva, 19 oktyabr, AZƏRTAC
Rusiyanın paytaxtında “Kiçik xalqın böyük yolu. Azərbaycanda dağ yəhudiləri” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənc Diplomatlar Birliyinin və Rusiyada “Alef” hərəkatının sədri Abram İxiilovun kitabının təqdimatı, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi “Dağ Yəhudiləri Birliyi” Regional İctimai Təşkilatı tərəfindən təşkil edilib.
Kitabın təqdimatında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, STMEGI fondunun təmsilçiləri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB), “Alef” yəhudi hərəkatının fəalları iştirak ediblər.
Tədbirdə kitabın təqdimatı ilə yanaşı, beynəlxalq əməkdaşlığın perspektivləri və tarixin gedişatına şəxsiyyətin təsiri müzakirə olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva