MOSKVADA MİLLİ MÜNASİBƏTLƏR MÖVZUSUNDA PARLAMENT DİNLƏMƏLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 6-da Rusiya Dövlət Dumasında bu ölkədə etnoslararası münasibətlər sahəsində milli siyasət məsələlərinə həsr olunmuş parlament dinləmələri keçirilmişdir. Tədbiri Rusiya Dövlət Dumasının millətlər işləri üzrə komitəsi təşkil etmişdir. Federal milli-mədəni muxtariyyətlərin, diasporların, digər ictimai təşkilatların nümayəndələrinin iştirak etdikləri görüşdə Rusiyanın milli siyasəti və etnoslararası münasibətlər sahəsində qanunvericilik bazasının yaradılması problemləri ilə bağlı məsələlər müzakirə olunmuşdur. Görüşdə Ümumrusiya Azərbaycan Konqresinin nümyəndələri də iştirak etmişlər.
Müzakirələr zamanı ictimai təşkilatların və milli-mədəni muxtariyyətlərin fəaliyyətinin hüquqi mexnizmini təkmilləşdirməyin vacibliyi və bunun konfessiyalararası və etnoslararası sülhə və əmin-amanlığa kömək edəcəyinə əminlik ifadə olunmuşdur.
Dövlət Duması sədrinin birinci müavini Lyubov Sliska çıxışında bildirmişdir ki, etnik amilin yerini və rolunu yenidən müəyyənləşdirmək və etnoslararası münasibətlər məsələlərinin möhkəm hüquqi bazasını yaratmaq lazımdır. Onun fikrincə, dövlətin təhlükəsizliyini və ərazi bütövlüyünü möhkəmləndirmək üçün milli münasibətlər sahəsində qanunvericilik möhkəmləndirilməli, bu sahədə məqsəd və vəzifələrin formalaşmasına dair yeni prinsiplər və üsullar işlənib hazırlanmalıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]