İDMAN
MOSKVADA TƏLİM-MƏŞQ TOPLANIŞINA
Komandamızın tərkibinə altı gimnast – Kristina Pavlunina, Zeynəb Cavadlı, Zülfiyyə Əliyeva, Leyla Şamilova, Aysel Hüseynova və Aysel Vəliyeva, habelə üç məşqçi – Nina Qasımova, Larisa Sidorova və Natalya Nərimanova daxildirlər.
Azərbaycan yığma komandasının baş məşqçisi Valentina Ukleina demişdir ki, Moskva səfərindən əsas məqsəd ehtiyat qüvvəyə baxmaq və 2008-ci ildə Pekində keçiriləcək Olimpiya oyunlarına hazırlaşmaqdır.
Azərbaycan və Rusiya məşqçiləri gimnastların idman hazırlığı səviyyəsini yoxlayacaq, metodiki iş aparacaq, yeni kompozisiyalar tərtib edəcək və gələcək məşqlərin planını müəyyənləşdirəcəklər.
Təlim-məşq toplanışları Azərbaycan Gimnastika Federasiyası ilə Ümumrusiya Bədii Gimnastika Federasiyası arasında əldə edilmiş razılaşmaya əsasən hər il keçirilir.