Moskvada XXI Beynəlxalq Müsəlman Forumu keçiriləcək
Moskva, 11 dekabr, AZƏRTAC
Dekabrın 15-də Rusiyanın paytaxtı Moskva şəhərində “Qloballaşma dövründə sülh və etimad: Müasir çağırışlara İslam baxışı” mövzusuna həsr olunmuş XXI Beynəlxalq Müsəlman Forumu təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, forum Məhəmməd Peyğəmbərin anadan olmasının 1500 və İmam ət-Tirmizinin dünyaya gəlməsinin 1200 illiyinə təsadüf edir, eyni zamanda, İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümündə keçirilir.
İştirakçıların arasında MDB ölkələrinin baş müftilərinin və dini qurumlarla qarşılıqlı əlaqədə olan dövlət qurumlarının rəhbərlərinin də olacağı gözlənilir.
Tədbir çərçivəsində “Müsəlmanlar Vətənin müdafiəsində” adlı təsviri incəsənət əsərlərinin sərgisi də açılacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]