MOSKVANIN ALİ TƏHSİL MƏKTƏBLƏRİNDƏ DİNLƏRİN TARİXİ FƏNNİNDƏN MÜƏLLİMLƏR HAZIRLANACAQ
Moskva merinin müavini Mixail Men bildirmişdir ki, ali məktəb proqramlarına din tarixi fənninin salınmasında əsas problem dərsliklər deyil, kadr heyətinin seçilməsidir.
Onun fikrincə, şəhərdə bu fənn üzrə peşəkar müəllimlər çatışmır, buna görə də, paytaxtın Təhsil Departamentinə məxsus pedaqoji ali məktəblərdə din tarixi fənninin də tədris edilməsi planlaşdırılır. O hesab edir ki, son dərəcə obyektiv olmaq, bu və ya digər dinə mənfi münasibət aşılanmaması üçün məktəblərdə dinlərin tarixindən dünyəvi müəllimlər dərs deməlidirlər. Lakin Men bildirmişdir ki, “biz pravoslav xristian ölkəsində yaşadığımız üçün, xristianlığın tarixi, hər halda, üstünlük təşkil etməlidir.” O, məktəblərdə müxtəlif konfessiyalardan olan din xadimlərinin də dərs deməsini istisna etməmişdir.
M.Menin sözlərinə görə, hazırda dinlərin tarixi dərsliyi müzakirə olunur. Müəllimlər üçün zəruri olan metodik vasitələrin də işlənib hazırlanması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]