Azərbaycan Dövlət İnformasiya Agentliyi

MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun iclası olub

Bakı, 16 yanvar, AZƏRTAC

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Mətbuat qrupunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Mətbuat qrupunda təmsil olunan MSK üzvləri və qrup üzvü olan müvafiq media qurumları nümayəndələrinin, habelə beynəlxalq müşahidəçinin iştirak etdiyi iclasda əvvəlcə prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat proseslərinin gedişi barədə məlumat verilib. Bildirilib ki, yanvarın 15-dən etibarən seçkiqabağı təşviqat başlayıb və bu mərhələ səsvermənin başlanmasına 24 saat qalmış bitəcək. Müxtəlif siyasi partiyalar tərəfindən irəli sürülən, eləcə də öz təşəbbüsü ilə seçkilərə qatılan 7 namizəd qeydə alınaraq azad seçki mübarizəsinə qoşulub.

Eyni zamanda, diqqətə çatdırılıb ki, seçkiqabağı təşviqatın aparılması üçün geniş imkanlar və hərtərəfli şərait təmin olunub. Belə ki, prezidentliyə namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşləri üçün 125 seçki dairəsi üzrə 139-u açıq, 139-u qapalı olmaqla, ümumilikdə 278 yer ayrılıb. Bütün təşviqat subyektləri üçün ödənişsiz olan bu yerlərdə, heç bir icazə almadan, sadəcə digər namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların görüşləri ilə üst-üstə düşməsin deyə, aidiyyəti dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla seçicilərlə görüşlər keçirmək olar. Seçki Məcəlləsi qanunvericiliklə qadağan olunmayan digər yerlərdən istifadə edilməsinin mümkünlüyünü də təsbit edir. Namizədlər tərəfindən müraciət olunarsa, bütün təşviqat subyektləri üçün bərabərlik prinsipi gözlənilməklə və eyni əsaslarla, dairə seçki komissiyalarının yerli qurumlarla əməkdaşlığı şəraitində başqa məkanların təmin olunması da nəzərdə tutulur.

O da vurğulanıb ki, bu seçkilərdə “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetindən əlavə, “Respublika” qəzetində də dərc imkanı yaradılıb və beləliklə, ödənişsiz əsaslarla seçkiqabağı təşviqat aparılması mümkün olan dövrü nəşrlərin sayı 4-ə çatdırılıb. Ödənişli əsaslarla seçkiqabağı təşviqat aparılması üçün mediadan daxil olan və təmin edilən 44 müraciət, əvvəlki illərlə müqayisədə medianın qarşıdan gələn seçkilərdə daha yüksək fəallığının göstəricisidir.

Əlavə edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq - həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. Hüququ olan subyektlər həmin vaxtın 3 saatını televiziyada, 3 saatını isə radioda dəyirmi masa formatına uyğun istifadə edir. Yanvarın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkətində ilk debat keçirilib və qanunvericiliklə ziddiyyət təşkil edən hər hansı bir hal baş verməyib. Efir vaxtı müntəzəm olaraq günün daha baxımlı vaxtlarında - həftədə 3 gün hər dəfə 1 saat olmaqla saat 21:00-da televiziya izləyicilərinə, 3 gün də hər dəfə 1 saat olmaqla saat 21:00-da radio dinləyicilərinə təqdim olunacaq. Debatlar ilk dəfə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi sosial media hesabından birbaşa yayımlanır ki, bu da namizədlərin seçkiqabağı platformasının daha geniş auditoriyaya çatdırılmasında əlavə bir vasitə kimi önəmli rol oynayır.

İclasda MSK nəzdində Mətbuat qrupunun funksiya, səlahiyyət və vəzifələri də bir daha xatırladılıb. Qeyd edilib ki, fəaliyyəti Seçki Məcəlləsi və MSK tərəfindən qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənən Mətbuat qrupu mediada seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Üzvlərinin əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarətdir. Qrup öz fəaliyyətində seçkiqabağı təşviqata dair qanunvericiliklə müəyyən olunmuş tələbləri, MSK tərəfindən qəbul edilmiş, eləcə də digər normativ xarakterli aktları rəhbər tutur. Mətbuat qrupu, həmçinin mediada seçkiqabağı təşviqatın aparılmasının müəyyən olunmuş qayda və üsullarına əməl olunması üçün tədbirlər görür, zəruri hallarda həmin müraciətlər üzrə təkliflərini MSK-nın müzakirəsinə çıxarır.

Mətbuat qrupunun iclasında medianın seçkilərdə rol və vəzifələrindən də danışılıb və qeyd olunub ki, seçkiləri mediasız təsəvvür etmək qeyri-mümkündür. Media seçkilərdə azad və sərbəst şəkildə iştirak edir, ictimaiyyətin məlumatlandırılmasına mühüm töhfələr verir. Həm proseslərin aşkarlığının və şəffaflığının təmin olunmasında, həm seçkiqabağı təşviqat mərhələsində, həm də səsvermə günü öz peşə fəaliyyətini yerinə yetirərkən qanunvericilik media üçün hüquqlarla yanaşı, vəzifə və məsuliyyətlər də müəyyən edib. Seçki prosesinin bütün iştirakçıları Seçki Məcəlləsinin və müvafiq qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etməlidirlər.

İclasda, həmçinin prezident seçkiləri ilə əlaqədar zərurət yarandıqda və ya aidiyyəti üzrə müraciət daxil olduqda Mətbuat qrupunun növbəti iclaslarının keçirilməsinin mümkünlüyü də diqqətə çatdırılıb.

Mətbuat qrupunun iclasının sonunda seçkilərin mediada işıqlandırılması, seçkiqabağı təşviqatla bağlı ümumi tələblər, bu mərhələdə iştirak hüququ olan subyektlərin rol və vəzifələri, habelə mətbuat qrupunun funksiyaları ilə bağlı müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir

2025-ci ildə Azərbaycanın TDT dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7,3 milyard ABŞ dolları olub

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Azərbaycan məktəblərində “Son zəng” sədaları VİDEO

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur