Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir Naxçıvan dayanıqlı sabitliyin, davamlı inkişafın və yüksələn rifahın dəyişməz ünvanına çevrilib

Müasir Naxçıvan dayanıqlı sabitliyin, davamlı inkişafın və yüksələn rifahın dəyişməz ünvanına çevrilib

Naxçıvan, 8 may, AZƏRTAC

Əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir

Son proseslər bir daha təsdiq etdi ki, müasir dövrdə müxtəlif istiqamətlər üzrə uzunmüddətli təhlükəsizlik perspektivləri nəzərə alınaraq inkişaf strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi dövlətlərin gələcək taleyini həll edən əsas amillər sırasındadır. Bu mənada qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə ümumi vəziyyəti xarakterizə edən müsbət göstəricilər dünya müstəvisində baş verən proseslər kontekstində kifayət qədər yüksəkdir. Bu gün ümummilli lider Heydər Əliyevin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqda planlarını yerinə yetirən Naxçıvanda əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Çünki dövlətə, dövlətçiliyimizə, yurda, elə-obaya, torpağa sıx bağlı olan naxçıvanlılar üç tərəfdən düşmən əhatəsində, blokadada yaşayan bir diyarın iqtisadiyyatını, mədəniyyətini, incəsənətini, təhsilini, səhiyyəsini və digər əhəmiyyətli sahələrini inkişaf etdirməklə mümkün olmayanı reallaşdırıblar. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması iqtisadiyyatın çoxşaxəli inkişafına, ən əsası isə makroiqtisadi göstəricilərin artmasına səbəb olub. Ötən müddətdə muxtar respublikada tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib.

Ətraf mühit qorunur, yaşıllıqlar artırılır

Müasir dövrdə insanın həm də təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti cəmiyyətin inkişaf səviyyəsini göstərir. Prezident İlham Əliyevin dediyi kimi: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür... Təbiət, ətraf mühit daimi sərvətdir... Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq”.

Muxtar respublikada bu amillər diqqətdə saxlanır. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. İməciliklər zamanı yeni ağacların əkilməsi, təmizlik və səliqə-sahman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Çünki insan sağlamlığının ən mühüm şərtlərindən biri də yaşıllıqların sahəsinin genişləndirilməsidir. Görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.

Aprelin 4-də muxtar respublikada iməcilik keçirilib, yeni meyvə bağları və yaşıllıqlar salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri yaz əkini mövsümündə meyvə bağlarının salınmasının davam etdirilməsi və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır, əkilən torpaqların

su təminatı yaxşılaşdırılır

Bu gün muxtar respublikada iqtisadiyyatın digər sahələri kimi, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi də diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafına, ən əsası isə əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Nəticədə torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlər bol məhsul istehsal edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir, bazarın tələbatı yerli istehsal hesabına ödənilir. Həyata keçirilən tədbirlərin davamı kimi, muxtar respublikada yeni nasos stansiyaları tikiləcək, təzyiqli boru xətləri çəkiləcəkdir.

Aprelin 4-də Ali Məclisin Sədri nasos stansiyalarının layihəsinə baxıb, həyata keçiriləcək tikinti işləri ilə maraqlanıb. Ali Məclisin Sədri deyib ki, bu layihənin həyata keçirilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və əkilən torpaqların su təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qurulacaq müasir nasos stansiyalarının gücünün çox olması və elektrik enerjisini az işlətməsi ondan səmərəli istifadə etməyə imkan verəcəkdir. Muxtar respublikada 62 min hektar suvarılan torpaq sahəsi vardır. Qarşıda duran vəzifə əkinəyararlı torpaqların su təminatını yaxşılaşdırmaq və yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmaqdan ibarətdir. Yeni nasos stansiyalarının qurulması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması və keyfiyyətlə aparılması, nasos stansiyalarını nəzərdə tutulan vaxtda istismara verilməsi və əkinəyararlı torpaqlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır

Naxçıvanda kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində görülən ardıcıl tədbirlərin tərkib hissəsi kimi strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq sahəsində məqsədyönlü tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir. Toxumçuluğun inkişafı bitki genefondunun qorunub saxlanılması və ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas şərtlərindəndir. Digər tərəfdən keyfiyyətli toxum istehsalı həm də əhalinin sağlamlığının qorunmasına xidmət edir.

Ali Məclis Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada toxum bazarı düzgün təhlil olunur, tələbat öyrənilir, bu sahə üzrə mütəxəssislər hazırlanır. Bütün bunlar bir daha təsdiq edir ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və fəaliyyətinin təşkili əkinçiliyin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də keyfiyyətli məhsul istehsalı və əhalinin sağlamlığının qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. Güclü maddi-texniki bazaya və geniş əkinəyararlı torpaq sahəsinə malik olan cəmiyyət muxtar respublikanın torpaq mülkiyyətçilərini məhsuldar və keyfiyyətli toxumlarla təmin edir. Ötən il təsərrüfatda 1067 ton toxum istehsal edilərək satışa verilib. 2020-ci ilin məhsulu üçün 1300 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleksin istifadəyə verilməsi bu sahədə fəaliyyətin daha səmərəli təşkilinə imkan verəcəkdir.

Aprelin 9-da yeni kompleksin açılışında iştirak edən Ali Məclisin Sədri çox mühüm bir məsələyə toxunaraq deyib: “Dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı mütləq inkişaf etdirilməlidir. Bu gün dünyada o ölkələr pandemiya ilə rahat mübarizə apara bilirlər ki, həmin ölkələrdə ərzaq təhlükəsizliyi təmin olunub. Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Ona görə də kənd təsərrüfatı inkişaf etdirilməlidir ki, ölkədə digər sahələrin inkişafı da təmin olunsun. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı qarşıdakı illərdə də məhsul bolluğu yaradacaqdır. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əhalinin məşğulluğu təmin olunsun, məhsul istehsalı daha da artsın. Bunun üçünsə, şərait yaradılmalı, mütərəqqi suvarma üsulları tətbiq olunmalı, müasir texnikalar alınıb gətirilməli və yüksək keyfiyyətə malik məhsuldar toxumlardan istifadə olunmalıdır. Bu gün istifadəyə verilən “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan tələblərə cavab verən toxumçuluq təsərrüfatıdır. Təsərrüfat müasir texnikalarla təmin olunub, kollektiv formalaşıb və əkin sahələrində mütərəqqi suvarma sistemləri qurulub”.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, keyfiyyətli toxum sortlarının yetişdirilməsi, bazarın qorunması, toxuma və qüvvəli yemə olan tələbatın yerli istehsal hesabına ödənilməsi, aid qurumlarla birlikdə məhsuldar toxum sortlarından istifadə ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verib.

Qeyd edək ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəyə verilməsi ilə muxtar respublikada toxuma olan tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir. Təsərrüfatın istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi vardır. Bütün bunlar da təsərrüfatda keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə və gəlirlərin artmasına imkan verəcəkdir.

Xalqımızın qədim adət-ənənələri, milli və mənəvi dəyərləri qorunub yaşadılır

Muxtar respublikanın digər bölgələri kimi, ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda da kompleks inkişaf təmin edilib. Rayonda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhali rifahını yüksəldib, məskunlaşma artıb. Aparılan genişmiqyaslı quruculuq işləri, sosial obyektlərin, inzibati binaların və yol infrastrukturunun tikilib istifadəyə verilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, Şərur şəhəri və kəndlər abad yaşayış məntəqələrinə çevriliblər. Bu il də rayon mərkəzində və kəndlərində quruculuq işləri davam etdirilir.

Şərur rayonunda xalqımızın qədim adət-ənənələrinin, milli və mənəvi dəyərlərinin qorunub yaşadılmasına, zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Aprelin 12-də Şərur şəhərində mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilib.

Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub, mərasim evinin tikilməsinə təşəbbüs göstərən şəxslərə və bu işdə əməyi olanlara təşəkkür edib.

Nəqliyyat sistemi təkmilləşdirilir, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür

Muxtar respublikada nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu sahədə tədbirlər qədim diyarın bölgələrində də davam etdirilir, müasir standartlara cavab verən avtovağzallar tikilir, sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulur.

Aprelin 12-də Ali Məclisin Sədri Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxıb, tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır. Bütün bunların nəticəsidir ki, bu gün muxtar respublikada daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilir, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Muxtar respublikada energetika sisteminin inkişafına göstərilən qayğının davamı kimi aprelin 12-də Şərur rayonunda “Çomaxtur” yarımstansiyası istifadəyə verilib.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “Bu gün dayanıqlı elektrik enerjisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri çəkilir. Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir. Hazırda muxtar respublikada istehsal olunan elektrik enerjisi yarımstansiyalar vasitəsilə istehlakçılara çatdırılır. “Çomaxtur” yarımstansiyası da 15 kəndi və Şərur şəhərinin bir hissəsini əhatə etməklə rayonda enerji tələbatının 18 faizini ödəyir. Muxtar respublika energetikləri tərəfindən yarımstansiyanın yenidən qurulması istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcəkdir. Eyni zamanda, idarəetmə təkmilləşəcək, işçilərin təhlükəsizliyi təmin olunacaqdır”.

Ali Məclisin Sədri muxtar respublika energetiklərinə təşəkkür edib, yarımstansiyanın istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb.

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edib. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaq.

Aprelin 12-də Ali Məclisin Sədri yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb, mühəndis-texniki tələblərə əməl olunması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.

Bu gün Şərur rayonunda həyata keçirilən bütün tədbirlər ümummilli liderimiz Heydər Əliyevin vaxtilə qarşıya qoyduğu vəzifələrin ardıcıllıqla icra olunduğunu göstərir. Belə ki, Ulu Öndərimiz deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...”.

Tarixi abidələr bərpa edilərək Azərbaycan xalqına qaytarılır

Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, ilk insan məskənləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr xalqımızın qədim tarixindən soraq verir. Son illər tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub.

Aprelin 15-də Ali Məclisin Sədri türbədə aparılan bərpa işləri ilə maraqlanıb. Muxtar respublikanın rəhbəri türbənin bərpaçılarına təşəkkürünü bildirərək deyib: “Tarixi abidələri qoruyub saxlamaq onu tikməkdən daha çətindir. Yusif Küseyiroğlu türbəsi tikildiyi dövrdən bu günə qədər qorunub saxlanılmışdır. Bərpadan sonra isə abidəyə ikinci həyat verilmişdir. Abidələrin pasportlaşdırılması, onların qorunması və bərpası vacib məsələdir. Çünki abidələr xalqımızın daş pasportudur. Tarixi abidələr xalqın neçə yüz il bundan əvvəl hansı mədəniyyətə malik olduğunu təsdiq edir. Ona görə də abidələr qorunmalı, ilkin görkəmi saxlanılmaqla bərpa olunmalı və gələcək nəsillərə çatdırılmalıdır”.

“O şəxslər xoşbəxtdirlər ki, onlar əməllərinə və xidmətlərinə görə tarixdə yaşayırlar. Memar Əcəmi Naxçıvani yaratdığı abidə, Yusif Küseyir oğlu isə xalqımıza göstərdiyi xidmətlərlə tarixdə yaşayırlar”, - deyən Ali Məclisin Sədri bildirib ki, abidələrin bərpası və qorunub saxlanılması xalqın tarixinin yaşadılması deməkdir. Bu gün muxtar respublikada qədim, orta əsrlər və son dövrlərə aid abidələrimiz bərpa olunur. Lakin təəssüflə deməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri tarixi abidələrimizə təsirsiz qalmamışdır. Həmin dövrdə anbar kimi istifadə olunan Yusif Küseyir oğlu türbəsinin memarlıq quruluşuna ciddi ziyan vurulmuşdu. Sonrakı dövrdə abidədə bəzi bərpa işləri aparılıb. Bu gün isə abidə əsaslı şəkildə bərpa olunaraq ikinci həyat verilib.

Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir, qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir.

Aprelin 15-də Ali Məclisin Sədri Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb, məsciddə bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir

Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olub. Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir. Bu və digər işlərin Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına həyata keçirilməsi isə muxtar respublikada mövcud resurslardan səmərəli istifadə olunduğunu göstərir. Aprelin 23-də bu çərçivədə 10 “Qazel” markalı yük, eləcə də “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunub.

Yeni avtomobil və texnikaların təqdim olunması münasibətilə şəxsi heyəti təbrik edən Ali Məclisin Sədri deyib: “Döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnika və avtomobillərdən hərbi hissələrin gündəlik təminatında istifadə olunmalıdır. Ona görə də muxtar respublikada hərbi hissələrin təminatının yaxşılaşdırılması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaət olunan hissəsindən alınan yeni avtomobillər də hərbi hissələrdəki döyüş resurslarının qorunmasına və gündəlik təminatın həyata keçirilməsinə imkan verəcəkdir”.

Ali Məclisin Sədri yeni avtomobillərdən təyinata uyğun istifadə olunması barədə tapşırıqlar verib.

Dövlət proqramları çərçivəsində görülən işlər Sədərək rayonunu müasir yaşayış məntəqəsinə çevirir

Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun sosial-iqtisadi inkişafı sürətləndirilib, rayonda geniş quruculuq işləri aparılıb. Rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilib, məşğulluq təmin edilib. Yeni içməli su və kanalizasiya sistemlərinin qurulması da bu sahədə görülən işlərin davamıdır.

Aprelin 23-də Ali Məclisin Sədri Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb. Muxtar respublika rəhbəri deyib ki, Sədərəkdə içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Layihəyə uyğun olaraq Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində 155 kilometrə yaxın içməli su, 145 kilometrə yaxın isə kanalizasiya xətləri çəkiləcək, 3600-dən artıq su və kanalizasiya ev birləşmələri aparılacaqdır. Ölkəmizdə həyata keçirilən dövlət proqramları çərçivəsində görülən bu işlər Sədərək rayonunu müasir yaşayış məntəqəsinə çevirəcək, əhali təmiz və dayanıqlı içməli su ilə təmin olunacaq, məskunlaşma artacaqdır.

Ali Məclisin Sədri Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemlərinin dövlət vəsaiti hesabına qurulduğunu bildirib, tikinti işlərinin keyfiyyətlə aparılması və vaxtında başa çatdırılması barədə tapşırıqlar verib.

İşğaldan azad edilmiş ərazilərdə əkin işləri aparılır

Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən ən mühüm amillərdən biri də müdafiə təhlükəsizliyinin təmin olunmasıdır. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması istənilən tapşırığın uğurla yerinə yetirilməsinə imkan verir. Sədərək rayonunda yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi bunu bir daha təsdiq edir. Sabitlik və təhlükəsizlik isə insanların rahat yaşayışını təmin edir, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində də torpaqlar əkilir, təsərrüfatlar inkişaf etdirilir, məskunlaşma artır. Artıq Sədərək rayonunda işğaldan azad edilən torpaqlar minalardan təmizlənərək əkin dövriyyəsinə qatılıb.

Aprelin 23-də Ali Məclisin Sədri Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərdə olub, görülən işlərlə maraqlanıb.

Ali Məclisin Sədri bu işlərdə əməyi olanlara təşəkkür edərək deyib ki, həyata keçirilən tədbirlər nəticəsində 2010-cu ildən etibarən bu ərazilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Ötən dövrdə ərazinin minalardan təmizlənməsinə başlanılmış, meliorativ tədbirlər görülmüş, nəzarətə keçən torpaqların 73 hektarı əkin üçün yararlı vəziyyətə gətirilmişdir. Hazırda ordumuz tərəfindən ərazilər tam nəzarət altında saxlanılır ki, bu da əkin işlərinin rahat şəkildə həyata keçirilməsinə imkan verir. Bundan sonra nəzarət altındakı digər ərazilərdə də işlər davam etdirilməli, minalardan təmizlənməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, Sədərək rayonunun əkinəyararlı torpaqlarının sahəsi genişləndirilməlidir.

Sərhəd və dağlıq bölgələrdə yerləşən hərbi hissələrdə müasir əsgəri-məişət kompleksləri tikilir, mövcud olanlar yenidən qurulur

Muxtar diyarın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bu tədbirlərin tərkib hissəsi kimi sərhəd və dağlıq bölgələrdə yerləşən hərbi hissələrdə müasir əsgəri-məişət komplekslərinin tikilməsi xidmətin hərtərəfli təşkilinə imkan verir.

Aprelin 23-də Ali Məclisin Sədri Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksində aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Şəxsi heyətlə görüşən Ali Məclisin Sədri deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Sədərək rayonunda olmuş, döyüş mövqelərinin möhkəmləndirilməsi və ərazinin minalardan təmizlənməsi ilə bağlı tapşırıqlar vermişdir. Verilən tapşırıqların nəticəsi olaraq Sədərək rayonunda 75 hektara yaxın torpaq sahəsi minalardan təmizlənərək əkin dövriyyəsinə qatılmışdır”.

Ali Məclisin Sədri bütün bunların Azərbaycan Ordusunun şücaəti nəticəsində mümkün olduğunu bildirib, bu münasibətlə şəxsi heyətə təşəkkür edərək deyib: “Torpaq o zaman müqəddəsləşir ki, o həm qorunur, həm də əkilir. “Kitabi-Dədə Qorqud” dastanında da yazılır ki, “Torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz”. Bu gün qürur hissi keçiririk ki, Sədərək rayonunda torpaqlar qorunur və əkilir. Bunlar ordumuzun və yerli strukturların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsgəri-məişət kompleksində yaradılan şərait də xidməti fəaliyyətin lazımi səviyyədə həyata keçirilməsinə imkan verir. Ona görə də şəxsi heyət xidməti vəzifələrini uğurla yerinə yetirməli, nizamnamənin tələblərinə əməl olunmalıdır”.

Ali Məclisin Sədri ərazinin bundan sonra da etibarlı müdafiə olunacağına və qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib.

Həmin gün Ali Məclisin Sədri Sədərək rayonunda müdafiənin ön xəttində olub, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti və xidmətin təşkili ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, xidmətin təşkili, eləcə də döyüş hazırlığının və intizamın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikası çiçəklənmə dövrünü yaşayır

Bu gün iqtisadi artım dinamikası əvvəlki dövrlərlə müqayisədə dəfələrlə ölçülən Naxçıvan Muxtar Respublikası çiçəklənmə dövrünü yaşayır. Qazanılan nəticələr bir daha deməyə əsas verir ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin siyasi xətti uğurla, sədaqətlə, inamla davam etdirilir. İldən-ilə, aydan-aya daha da müasirləşən doğma diyarımızda həyata keçirilən dövlətçilik konsepsiyası çoxkomponentli olmaqla, bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə yüksəlişin davamlı xarakter almasını şərtləndirir. Muxtar respublikada aqrar siyasət, sənayeləşmə uğurla reallaşdırılır, əhalinin sosial problemləri həll olunur. Ulu Öndərimizin müəyyənləşdirdiyi inkişaf strategiyasının reallaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının tərəqqisi ilə fəxr edir, qürurlanırıq.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur