Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK SƏFƏR ƏBİYEVİN ÇIXIŞI

- Möhtərəm Prezident, cənab Ali baş komandan!

Hörmətli generallar, zabitlər, gizirlər, çavuşlar və əsgərlər!

Bu gün Silahlı Qüvvələrimizin həyatında əlamətdar hadisə baş verir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev növbəti dəfə Silahlı Qüvvələrimizin hərbi hissələrindən birinin şəxsi heyəti ilə görüşə gəlmişdir. Bu hadisə onun Azərbaycan Silahlı Qüvvələrinə nə qədər böyük önəm və qiymət verdiyinə dəlalət edir. İnanıram ki, bu görüş sizin hər birinizin həyatında unudulmaz hadisə olacaq və həmişə xatirinizdə yaşayacaqdır.

İcazə verin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevi sizin hər birinizin adından, Silahlı Qüvvələrin bütün şəxsi heyəti adından və şəxsən öz adımdan ürəkdən salamlayım.

Möhtərəm Prezident, cənab Ali baş komandan!

Siz bu il mayın 12-də Naxçıvanda hərbi hissədə döyüş bayraqlarını təqdim edərkən söylədiniz ki, yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından, Prezident vəzifəsinə seçilməsindən sonra ölkəmizdə ordu quruculuğunda dönüş yarandı. O ildən başlayaraq son 10 il ərzində ordumuz gücləndi, inkişaf etdi və bu gün demək olar ki, bizim ordumuz çox yüksək səviyyədədir. Qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Sizin sözünüzə qüvvət olaraq, iftixar hissi ilə deyirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri ümummilli liderimiz Heydər Əliyevin doğma övladıdır.

Ümummilli liderimiz Heydər Əliyev milli dövlətçilik tariximizə elə dəyərli töhfələr vermişdir ki, onlar tarix durduqca yaşayacaqdır. Onlardan biri də 15 iyun Qurtuluş günüdür. Dünən bu dövlət bayramının 11 ili tamam oldu. İcazə verin, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini və Sizi – Ali baş komandanı bu bayram münasibətilə təbrik edim, işinizdə uğurlar arzulayım.

Əgər bu gün Azərbaycan Respublikasının bir mərkəzdən idarə olunan vahid komandanlığa tabe, qarşısında qoyulan bütün döyüş tapşırıqlarını yerinə yetirməyi bacaran Silahlı Qüvvələri vardırsa, biz buna görə yalnız ümummilli liderimiz Heydər Əliyevin böyük xatirəsinə minnətdarıq. O, bu məqsədə nail olmaq üçün bütün gücünü və qüvvəsini, hətta həyatını belə əsirgəmədi. Onun əməlləri, gördüyü işlər, qoyub getdiyi irs və yaratdığı dövlətçilik sistemi xalqımızı və müstəqil Azərbaycan dövlətini yeni-yeni uğurlara aparacaqdır.

İcazə verin, Azərbaycan Silahlı Qüvvələrinin memarı, əbədiyaşar Ali baş komandanımız Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə Cəmşid Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialının əvəzinə Heydər Əliyev adına Naxçıvan hərbi litseyinin yaradılması və Azərbaycan Ali Hərbi Məktəbinə Heydər Əliyevin adının verilməsi haqqında Fərman imzaladığınıza görə, Silahlı Qüvvələrimizin şəxsi heyəti və Müdafiə Nazirliyinin rəhbərliyi adından Sizə sonsuz minnətdarlığımı bildirim.

Möhtərəm Prezident!

Cənab Ali baş komandan!

Qürur hissi ilə qeyd edirəm ki, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali baş komandanı kimi Siz bu gün ümummilli liderimiz Heydər Əliyevin irsini yaşadır, bu siyasəti davam və inkişaf etdirirsiniz. Azərbaycan Silahlı Qüvvələrinə ardıcıl olaraq diqqət yetirir, dövlət qayğısını gücləndirir, onun günbəgün möhkəmlənməsi və sıralarının mətinləşməsi üçün əlinizdən gələni əsirgəmirsiniz. Bu diqqət və qayğı Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini döyüş hazırlığında yeni-yeni nailiyyətlərə ruhlandırır. Ərazi bütövlüyümüzün bərpası və düşmən üzərində tam qələbə qazanmaq üçün inamını artırır.

Möhtərəm Prezident, cənab Ali baş komandan!

Məruzə edirəm ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin və qoşun növlərinin şəxsi heyəti döyüş hazırlığı planı üzrə təlim keçir və döyüş qabiliyyətini gücləndirir. Silahlı Qüvvələrimiz öz təkmilləşdirmə dövrünü yaşayır. Hərbi xidmət daha da mükəmməlləşir. Maddi-texniki təminat və təchizat güclənmişdir. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu planlı surətdə davam etdirilir, qoşunların döyüşə və səfərbərliyə hazırlığı, döyüş və mənəvi psixoloji hazırlığı, idarəetmə orqanlarının hazırlanması, kadrların hazırlanması və yerləşdirilməsi, maddi-texniki təminat, hazırlıq planı və digər genetik sənədlər əsasında gerçəkləşdirilir.

Silahlı Qüvvələrin bütün növlərində hərbi hissə və birləşmələrdə komanda qərargah təlimləri və real döyüş şəraitinə yaxınlaşdırılmış səhiyyə təlimləri planlı surətdə həyata keçirilir. Qoşunların döyüşə və səfərbərliyə hazırlığı yüksək səviyyədə saxlanılır. Zabitlərin peşə hazırlığının səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Əməliyyat hazırlığının gedişində qərargah zabitlərinin taktiki və əməliyyat vərdişləri durmadan təkmilləşir. Döyüşün planlaşdırılması və hərtərəfli təminatının təşkili üzrə möhkəm bacarıq və vərdişlər əldə edilir. Hərbi hissələrin və bölmələrin idarə edilməsi üzrə qərargahların qarşılıqlı əlaqəsi təkmilləşdirilir. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi Ali baş komandanın göstərişlərinə və Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq yerinə yetirilir.

Əsas komanda qərargah vəzifələrinə ali hərbi təhsilli, mənəvi-fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi olan peşəkar zabitlərin təyin edilməsi diqqət mərkəzindədir. Silahlı Qüvvələrin təhsil ocaqlarının müasir standartlara uyğun yeni proqramla hazırlanmış məzunlarının buraxılışları və bu işin daha da keyfiyyətlə həyata keçirilməsi üçün şərait yaratmışdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətinin əsas istiqamətlərindən biri onun beynəlxalq əlaqələrinin genişləndirilməsi və qabaqcıl dünya dövlətlərinin silahlı qüvvələrinin təcrübəsindən bəhrələnərək inkişaf etməkdən ibarətdir. Bu əməkdaşlığın bəhrəsi kimi, indi zabitlərimiz NATO-nun mənzil qərargahında və müxtəlif komandanlıqlarında xidmət edirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində sülhməramlı tabur yaradılmışdır. Bu taburun bölmələri hazırda Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı əməliyyatlarda öz missiyalarını yerinə yetirirlər. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər. Azərbaycan Respublikasında da NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində tədbirlər həyata keçirilir.

2001-ci ilin noyabrında Bakıda Kooperativ Determineyşn çoxmillətli sülhməramlı komanda qərargah təlimləri keçirilmiş, bu ilin sentyabr ayında isə “Kooperativ Vester Fovd” səhiyyə təlimləri keçiriləcəkdir. Azərbaycan NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığı yüksək səviyyədə davam etdirir. Bu əməkdaşlığın nəticəsi kimi, Siz Brüsselə səfəriniz zamanı, mayın 19-da NATO-nun baş katibinə “Fərdi tərəfdaşlığın fəaliyyət planı”nı təqdim etmisiniz. Qeyd edim ki, Azərbaycan tərəfdaş dövlətlər arasında bu planı NATO-ya təqdim edən ilk dövlətlərdəndir.

Azərbaycan Silahlı Qüvvələrində idman işinin, fiziki hazırlığın və kütləvi idman tədbirlərinin geniş şəkildə həyata keçirilməsi hərbi qulluqçuların döyüş səriştəsinin, hərbi tətbiqi vərdişlərinin və ustalıqlarının artırılmasına xidmət edir. Bu il Afinada keçiriləcək yay Olimpiya oyunlarında Silahlı Qüvvələrimizin 9 nəfər nümayəndəsi respublikamızı təmsil edəcəkdir.

Möhtərəm Prezident, cənab Ali baş komandan!

Siz Azərbaycan dövlətinin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirirsiniz. Diqqətinizə çatdırıram ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyir. Vətən torpaqlarını erməni işğalçılarından təmizləmək uğrunda hər bir fədakarlığa hazırdır. Mən xalqımızı və Sizi əmin edirəm ki, hər bir əsgər, çavuş, gizir, zabit və general iradənizlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün tərəddüd etmədən silaha sarılmağı öz həyatından üstün tutacaqdır. Çox sağ olun!

X X X

Azərbaycan Prezidenti görüşdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır VİDEO