Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK SƏFƏR ƏBİYEVİN ÇIXIŞI

-Möhtərəm Prezident, cənab Ali baş komandan!

Hörmətli generallar və zabitlər!
Məzunlar və kursantlar!
Əziz valideynlər, müharibə veteranları!
Xanımlar və cənablar!
Sizi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Hərbi Dənizçilik və Təyyarəçilik məktəbləri, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi və Hərbi Akademiyası, habelə Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi məzunlarının NATO standartlarına uyğun proqramla hazırlanmış 7-ci buraxılış mərasimində salamlayır, hər birinizə cansağlığı, əmin-amanlıq və ailə xoşbəxtliyi arzulayıram.
Bu tədbir Milli Qurtuluş gününün 14-cü ildönümünün qeyd edilməsindən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın qərb bölgələrinə səfərləri zamanı yeni olimpiya komplekslərinin, müalicə-diaqnostika mərkəzlərinin və yeni istehsal obyektlərinin istifadəyə verilməsindən sonra yaranmış yeni ruh yüksəkliyi şəraitində keçirilir. Xalqımızın maddi rifahına təsir edən bu tədbirlər, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətində də döyüş hazırlığı və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar qazanmaq üçün ruh yüksəkliyi yaratmışdır.
Hörmətli mərasim iştirakçıları!
Bu tarixi həqiqəti bir daha etiraf edək ki, 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni mərhələnin başlanğıcı olmuşdur. Heydər Əliyev, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin təhsil sisteminin yaradılmasının da banisidir. 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması bu tarixi həqiqəti bir daha təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin təhsil ocaqları məzunlarının buraxılışlarında hər il iştirak etməsi bu tədbirlərə xüsusi məna verir. İcazə verin, sizin adınızdan və Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olan gənc zabitlər adından möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevi bir daha salamlayım və bu təntənəli mərasimdə iştirak etdiyinə görə Azərbaycan ordusunun bütün şəxsi heyəti adından və şəxsən öz adımdan ona təşəkkürümü bildirim.
Hörmətli mərasim iştirakçıları!
Bu təntənəli buraxılış mərasimində qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinın bir qrup zabiti də iştirak edir. Mən onları Azərbaycan ali hərbi məktəblərinin bugünkü məzunları, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti adından və öz adımdan bir daha salamlayır, ordu quruculuğunda və hərbi təhsil sisteminin təkmilləşməsində öz köməyini əsirgəməyən Türkiyə Respublikasının və Silahlı Qüvvələrinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Mən eyni zamanda, Silahlı Qüvvələrimizin təhsil sistemində çalışan bütün şəxsləri, bu gün “leytenant” rütbəsi ilə Silahlı Qüvvələrimizin zabit korpusunun sıralarına daxil olan məzunların valideynlərini ürəkdən təbrik edir, onlara gözaydınlığı verirəm.
Hörmətli mərasim iştirakçıları!
Məlumdur ki, bir neçə gündən sonra xalqımız Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 89-cu ildönümünü bayram edəcəkdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun tarixi, əslində, müstəqilliyimizin tarixidir, Azərbaycan xalqının suverenliyinin tarixidir. Xalqımız bu tarixi öz azadlığı və milli müstəqilliyi uğrunda çarpışan övladlarının həyatı və qanı bahasına yaratmışdır. Azərbaycan Silahlı Qüvvələrinin də bu tarixi prosesdə öz xidmətləri olmuş, o, dövlətçiliyimizin yeni səhifələrinin yazılmasında yaxından iştirak etmişdir.
Bu həqiqəti Azərbaycan Ordusunun şəxsi heyəti böyük qürur hissi ilə xatırlayır və sıralarında xidmət etdiyi Silahlı Qüvvələrin nüfuzunu öz gündəlik fədakar fəaliyyəti, döyüş hazırlığı, mənəvi-psixoloji hazırlıq və təhsil sahəsində əldə etdiyi yeni-yeni nailiyyətlərlə daha da artırır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi NATO standartlarına uyğun təkmilləşir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin təhsil ocaqlarında müasir hərb elminin əsas prinsiplərinə uyğun zabit kadrları hazırlanır.
Hərbi təhsil müəssisələrinin kursantları respublikamızda ali məktəblər arasında keçirilən olimpiadalarda və yarışlarda, NATO-nun üzvü olan və tərəfdaş dövlətlərlə birgə keçirilən beynəlxalq təlimlərdə iştirak edirlər. Deməliyəm ki, xalqımız onların bu tədbirlərdə əldə etdiyi uğurlarla öyünə bilər.
Əziz məzunlar!
Hörmətli gənc zabitlər!
Mən böyük qürur hissi ilə sizə müraciət edirəm. Siz bu gün torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün heç zaman olmadığı kimi döyüşlərə atılmağa hazır olmalısınız. Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyev bu məqamı hər zaman gündəlikdə saxlayır. O, bu günlərdə Qazax rayonunda olimpiya kompleksinin açılış mərasimindəki nitqində demişdir ki, xalqımız torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün hər an müharibəyə hazır olmalıdır. O, bu fikri iyunun 19-da Bakıda keçirilən Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-ın zirvə görüşündə təkrar edərək demişdir: “Ərazi bütövlüyümüzün bərpa olunması başlıca şərtdir”.
Onun bu fikirləri Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çiyninə daha artıq məsuliyyət qoyur. Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı azadlıq döyüşünə qalxmaq üçün xalqımızın iradəsi ilə respublikamızın Prezidenti, Silahlı Qüvvələrimizin Ali baş komandanı cənab İlham Əliyevin əmrinə müntəzir olmalıdır.
Möhtərəm Prezident!
Cənab Ali baş komandan!
Mən Sizi əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti bu gün Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır. Mənə bu sözləri deməyə Sizin rəhbərliyinizlə respublikamızın iqtisadi qüdrətinin durmadan artması, müdafiə büdcəsinin ardıcıl olaraq yüksəlməsi, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmlənməsi, onun müasir silah və hərbi texnika ilə təchiz və təmin edilməsi əsas verir.
Bunu da qeyd etməliyəm ki, Sizin şəxsi qayğınız sayəsində hərbi qulluqçuların sosial müdafiəsi gündən-günə güclənir. Hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün hər biri 3 otaqdan ibarət, sahəsi 100 kvadratmetrdən çox olan 165 mənzilli iki yaşayış binası inşa edilir. Bundan əlavə, bu yaxınlarda Gəncədə, Şəmkirdə və Cəlilabad rayonunun Göytəpə qəsəbəsində hərbi qulluqçular üçün çoxmənzilli 3 evin təməli qoyulacaqdır. Bugünkü tədbirdə isə Siz 25 nəfər zabitə yeni mənzillərin orderlərini təqdim edəcəksiniz. Bu, Prezident və Silahlı Qüvvələrin Ali baş komandanı olaraq Sizin hərbi qulluqçularımıza göstərdiyiniz diqqətin bariz nümunəsidir.
Əziz məzunlar!
Mən çıxışımı bir daha sizə müraciətlə bitirmək istəyirəm. “Siz xalqımıza və dövlətimizə şərəf və vicdan qanunu ilə, nizamnamələrin tələblərini yüksək səviyyədə yerinə yetirməklə xidmət etməlisiniz. Unutmayın ki, xalqımız sizin hər birinizdən şəxsi fədakarlıq, mətanət, mərdlik və qəhrəmanlıq gözləyir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımız və dövlətimiz qarşısında müqəddəs bir borcu vardır: biz erməni işğalçıları tərəfindən zəbt olunmuş Dağlıq Qarabağı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Ağdamı, Füzulini, Cəbrayılı azad etməliyik və mütləq azad edəcəyik.
Sizi zabit rütbəsi almağınız münasibətilə bir daha təbrik edir, Vətənə müqəddəs xidmətinizdə uğurlar arzulayıram.
X X X
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə nitq söylədi.
X X X
Sonra Prezident, Ali baş komandan İlham Əliyev Ali Hərbi Məktəbdə tədris və intizamda birinci yerləri tutan və təhsili fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim etdi. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olundular.
Dövlətimizin başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim etdi.
Respublikamızın rəhbəri onları təbrik etdi, gələcək xidmətlərində uğurlar arzuladı.
Digər məzunlara diplomlar məktəbin müəllim heyəti tərəfindən təqdim edildi.
X X X
Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti müxtəlif növlü döyüş təyyarələri və vertolyotlarında yüksək pilotaj nümunələri göstərdi.
Heydər Əliyev məktəbinin yetirmələri xalqımızın ümummilli liderinin müqəddəs xatirəsinə hörmət və ehtiramlarını, Azərbaycan xalqına, dövlətinə, Prezidentinə sədaqətlərini, Silahlı Qüvvələrin Ali baş komandanına isə döyüş əmrinə hər an hazır olduqlarını nümayiş etdirmək üçün nümunəvi manevrlər etdilər.
Ulu öndər Heydər Əliyevdən xeyir-dua almış Azərbaycanın milli şahinlərinin idarə etdikləri döyüş vertolyotları, müasir avadanlıqla təchiz olunmuş, düşmənin bütün hava və yerüstü hədəflərini məhv etməyə, döyüş meydanında yerüstü qoşunlara dəstək verməyə qadir olan səsdənsürətli hücum, qırıcı-tutucu, qırıcı-bombardmançı təyyarələr mərasim keçirilən stadionun üzərindən qrup şəklində uçdular. Onların ilk dəfə “MİQ-29” qırıcı-bombardmançı təyyarələrdə məharətlə nümayiş etdirdikləri yüksək pilotaj nümunələri, manevrlər ölkəmizin güclü hava hücumundan müdafiə sisteminə və şahinlərimizin peşəkarlığa və döyüş qabiliyyətinə malik olduğunu bir daha təsdiqlədi.
Mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanan uçuşlar zamanı bildirildi ki, bu gün əbədiyaşar Ali baş komandanımızın arzularının həyata keçdiyi, ümidlərinin doğrulduğu gündür. Ümummilli liderimiz Heydər Əliyevin on il əvvəl, 1997-ci ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərinin buraxılış mərasimində Hərbi Hava Qüvvələrimiz haqqında demişdir: “Çox sevinirəm ki, indi milli şahinlərimiz var və sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”.
Səkkiz il öncə isə ulu öndərimiz böyük inam hissi ilə bildirmişdi: “Milli aviasiyamızın böyük gələcəyi var. Mən bu gələcəyi açıq-aydın görürəm. İstəyirəm, səma şahinlərimizin addımları daim uğurlu olsun, bu təməl əsasında bizim güclü milli aviasiyamız olsun, cəsur şahinlərimiz olsun və bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər. Göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycanlıların istedadı, qabiliyyəti səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər.
Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Bizim ordumuz bu gün Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı bir qəsdə layiqli cavab verməyə qadirdir”.
Hərbi təyyarəçilər havada müstəqil Azərbaycanın müqəddəs üçrəngli bayrağını təsvir etdilər. Onlar bir daha Ali baş komandanın hər bir döyüş əmrinə hazır olduqlarını bəyan etdilər. Vertolyotlardan birinin bortundan gənc pilotun məruzəsi eşidildi: “Cənab Ali baş komandan, Azərbaycan şahinləri Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır”.
Uçuşlar mərasim iştirakçıları tərəfindən heyranlıqla seyr edildi, təyyarəçilərimizin məharəti hamının qəlbini qürur, iftixar hissi ilə doldurdu.
X X X
Sonra məzunların buraxılış mərasimi davam etdirildi. Üzərində ulduz və aypara təsviri olan emblemi Silahlı Qüvvələrin təhsil müəssisələrinin rəmzi yaş kötüklərinə vurmaq üçün dəvət edilən kursant dedi:
- “Cənab Ali baş komandan!
Hərbi tədris müəssisələrinin yaş kötüklərinə 2007-ci il məzunları tərəfindən üzərində ulduz və aypara təsviri olan emblemlər vurarkən, bu şərəfli vəzifəni yerinə yetirməkdən qürur və sevinc hissi duyur, bütün silahdaşlarım adından Sizə təşəkkür edirəm.
Yaş kötüyü Silahlı Qüvvələrin sıralarına daxil olanların ölkəsinə və millətinə xidmət üçün bu vəzifəni təhvil almalarının bir rəmzidir. Bu şərəfli vəzifəni təhvilalmanın məsuliyyəti ilə 2007-ci il məzunları adından bir daha bildiririk ki, alacağımız hər tapşırığı Vətən sevgisi ilə yerinə yetirəcək, içdiyimiz anda daim sadiq qalacağıq.
Cənab Ali baş komandan, icazənizlə, 2007-ci il məzunları adından rəmzləri yaş kötüklərinə vururuq”.
X X X
Silahlı Qüvvələrin təhsil müəssisələrinin məzunları üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurdular.
X X X
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağını gələn ilin məzunu olacaq 4-cü kurs taburuna təhvil verən kursant RAMİN QASIMOV dedi:
“Silahdaşım, babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağının müqəddəs keşik növbəsi sənindir. Bayrağımın göy rəngi ümidin, al rəngi qanın, yaşıl rəngi imanım olsun. Parçası tarixin nişanəsi, parıltısı zəfərlərin işığıdır. Yazısı qəhrəmanlıq və şücaətə çağırışdır. Ağacı dözüm, baftası şərəf və məsuliyyət rəmzidir. Bu böyük və müqəddəs əmanəti əlində bərk saxla. Vətənin azadlığı yolunda tökülməyə hazır olan qanının son damlasına qədər onu daim yüksəklərdə tut.
Ulu öndər Heydər Əliyevin ruhunu yaşadan bu şanlı bayraq nəsillər boyunca əbədi olacaq, uca tutulacaq, Vətənin göylərində daim vüqarla dalğalanacaqdır. Müqəddəs bayrağı qorumaq, bayraq keşikçiliyi keşik xidmətlərinin ən alisi, ən şərəflisi, ən müqəddəsidir. Onu səndən sonra sağ qalanın əlinə təhvil verməyənə qədər son nəfəsini verməməlisən. Bu şanlı bayrağı təhvil aldığım kimi vicdanla, namusla qoruduğumu göstərmək üçün onu öpür və sənə təhvil verirəm”!
Məktəbin döyüş bayrağı 4-cü kurs taburuna təhvil verildi.
Bayrağı qəbul edən kursant EMİN TEYMUROV dedi:
“Silahdaşım, namusuma və canıma and içirəm ki, bu müqəddəs keşikdə bir an da olsun gözümü ondan ayırmayacağam. Babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağını öz canımdan əziz bilib, onu daim yüksəklərdə tutacağam.
Parçası tarixin nişanəsi, parıltısı zəfərlərin işığıdır. Yazısı qəhrəmanlıq və şücaətə çağırışdır. Ağacı dözümüm, bayrağının göy rəngi ümidim, al rəngi qanım, yaşıl rəngi imanım olsun. Ay-ulduzuna varlığım fəda olsun. Yazısını vicdanımtək təmiz saxlayacağam. Kəmərini qürurla bərk tutacağam. Baftası iman dolu yolumda namus, çökməz çiyinlərimdə ən şərəfli məsuliyyət kimi qalacaqdır.
Ulu öndər Heydər Əliyevin ruhunu yaşadan bu şanlı bayrağı məndən sonra sağ qalana təhvil verənəcən ölmək mənə haram olsun. İçdiyim bu anda sadiq qalacağımı göstərmək üçün bayrağımı öpür və təhvil alıram”.
X X X
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa olundu.
Sonra Ali hərbi məktəbin döyüş bayrağı gətirildi, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşdı.
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb