Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin estrada heyəti konsert proqramı ilə çıxış edib
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Bakı Musiqi Akademiyasının böyük zalının səhnəsində Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin estrada heyəti Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
Proqramın bədii rəhbəri və baş hərbi dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dosent, polkovnik Rüfət Axundzadə olub.
Orkestrin solistləri Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Mustafazadə, Aynur İsgəndərli, Nərmin Abdullayeva, Günay Qasımova, Afət Cavadova, Arslan Növrəsli, Kənan Qədimov, Fərhad Cəfərov və Rauf Muradov olub.