MÜƏSSİSƏ GƏLƏN İLİN HESABINA İŞLƏYİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan alt trikotaj fabrikində artıq 2 ildir istehsal prosesi bərpa edilmişdir. Bu ilin 9 ayında fabrikdə 4 milyard 680 milyon manatlıq məhsul istehsal olunmuş, illik tapşırıq vaxtından əvvəl artıqlaması ilə yerinə yetirilmişdir.
İlin sonunadək daha 1 milyard manatlıq məhsul hazırlamaq qərara alınmışdır.