“Müflisləşmə və iflas haqqında” Qanuna hansı dəyişikliklər təklif edilir?
Bakı, 13 oktyabr, AZƏRTAC
“Müflisləşmə və iflas haqqında” Qanuna dəyişiklik olunması barədə qanun layihəsinə dəyişiklik edilir.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd layihəsinə görə, ödəniş təşkilatı və elektron pul təşkilatının kreditor tələblərinin ödənilməsi xüsusiyyətləri müəyyənləşir. Belə ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna uyğun olaraq borclu ödəniş təşkilatının və elektron pul təşkilatının digər kreditorlarının tələbləri ödəniş xidməti istifadəçilərinin həmin təşkilatlarda olan pul vəsaitlərinə və həmin vəsaitlər hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Bu vəsaitlər ödəniş xidməti istifadəçilərinin tələblərinin növbədənkənar ödənilməsinə yönəldilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:33]
AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin
- 12.06.2026 [14:12]
“Bitcoin”in qiyməti 63 min dolları ötüb
- 12.06.2026 [13:09]
® “Azerconnect Group” İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq edəcək
- 12.06.2026 [12:58]