Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müharibənin olub-olmaması ATƏT-in Minsk qrupunun Ermənistana təzyiq göstərmək qətiyyətindən asılıdır

Berlin, 14 yanvar (AZƏRTAC). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu Azərbaycan dəfələrlə açıq-aydın bəyan etmişdir. Lakin təəssüf ki, Ermənistanda bu mövqeni çoxları özünəməxsus qarşılamış və hesab etmişlər ki, indi rahatca oturub məsələnin həllini “sabah-sabaha” salmaq olar. Əgər müharibə olmayacaqsa, deməli, Şuşa rayonunda, keçmiş DQMV-dəki qalan 4 rayonun viran edilmiş azərbaycanlı kəndlərində, Dağlıq Qarabağın ətrafındakı əhalisi köçkün düşmüş 7 rayonda erməniləri məskunlaşdırmağa başlamaq olar. Başqa sözlə, Bakının belə bəyanatından sonra Ermənistanda qərara gəlmişlər ki, indi danışıqlar prosesini xarab olmuş qrammofon valına çevirmək olar. Sonra isə bəlkə dünya birliyi işğal olunmuş Dağlıq Qarabağda oyuncaq rejimin yaradılması ilə razılaşar və nə vaxtsa hətta onu tanıya da bilər.

Təəssüf ki, vasitəçilər də illər ötdükcə, gizli də olsa, bu mövqeni tutmağa başlamışlar. Onları münaqişənin həlli deyil, müharibənin başlanmasının qarşısını almaq daha çox maraqlandırır. Lakin əslində, Ermənistanın (elə həmsədrlərin də) Azərbaycanın sülhsevər mövqeyini düzgün qiymətləndirməməsi müharibə ehtimalını azaltmamış, əksinə, artırmışdır, çünki Bakı Yerevanın inadkarlığı ilə barışmayacaqdır.

Müharibənin yenidən başlanıb-başlanmaması bütünlüklə Ermənistandan asılı deyildir. Ermənistanın mövqeyi gün kimi aydındır, o, işğal olunmuş rayonları azad etmək niyyətində deyil və Azərbaycanın ərazi bütövlüyünü tanımır. Müharibənin başlanıb-başlanmaması indi artıq yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərindən asılıdır. Əgər vasitəçilər hərbi əməliyyatların yenidən başlanmasını istəmirlərsə, onların yalnız iki variantı vardır: ya onlar Azərbaycana güclü təzyiq göstərir və elə beynəlxalq şərait yaradırlar ki, Bakının ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış ərazilərində suverenliyini bərpa etmək üçün bütün imkanları əlindən çıxsın (belə olduqda, beynəlxalq hüququn da üstündən birdəfəlik xətt çəkmək olar), yaxud Ermənistana da bu cür təzyiq göstərib onu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin və digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsinin və Azərbaycan ərazilərinin azad edilməsinin zəruriliyinə inandırmalıdırlar.

Birinci variant vasitəçilərin münaqişəni həll etmək istəmədiklərini və yaranmış status-kvonu dondurmaq xətti tutduqlarını göstərər. İkinci variant isə bütün dünyaya onların münaqişənin həllini həqiqətən durğunluqdan çıxarmaq əzmini nümayiş etdirər. Lakin hər iki halda onlar nəsə bir iş görməlidirlər. Proses var, nəticə isə yoxdur. Əgər müharibənin yenidən başlanmaması nailiyyət sayılırsa, əfv edin, bu, nailiyyət deyil, çünki o, münaqişənin həlli demək deyildir. Vasitəçilər bilməlidirlər ki, əgər ənənəvi passiv mövqelərindən əl çəkməsələr, onların bu kiçicik nəticəsi də tezliklə yox olacaqdır. Əgər müharibə yenidən başlanarsa, onda vasitəçilər nə ilə, hansı nəticə ilə öyünəcəklər?

Əgər ATƏT-in Minsk qrupu bundan sonra da kənarda dayanıb Ermənistana təzyiq göstərməsə və onu yeniləşmiş Madrid prinsiplərini qəbul etməyə məcbur etməsə, özünün tam acizliyini nümayiş etdirəcəkdir. Bu halda Azərbaycan qəsbkarı işğal altındakı 20 faiz ərazini azad etməyə özü məcbur edəcəkdir. Heç bir beynəlxalq konvensiya, hansısa mötəbər beynəlxalq təşkilatın heç bir qətnaməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazisində Konstitusiya hüququnu bütün mümkün yollarla, başqa üsullar olmadıqda isə, həm də güc tətbiq etməklə bərpa etmək haqqını əlindən ala bilməz. Hadisələrin bu cür inkişafına görə məsuliyyəti beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymayan Ermənistan və passivlik göstərərək Ermənistanı Azərbaycan ərazilərini azad etməyə məcbur edə bilməyən ATƏT daşıyacaqdır.

On illər boyu tərəfləri hərbi əməliyyatlardan çəkinməyə çağırmaq artıq kifayət deyildir. Əgər dünya birliyi Qafqazda müharibə olmasını istəmirsə, onda qətnamələrini gəlişi gözəl söz kimi qəbul etmədiyini sübuta yetirməli, Ermənistanı öz dövlət sərhədlərinə çəkilməyə məcbur etməlidir. Bu, Azərbaycanın qanuni tələbidir. Bakı ikinci “Münxen sövdələşməsi”nə və təcavüzkarın nazı ilə oynamağa yol verə bilməz!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar