Azərbaycan Dövlət İnformasiya Agentliyi

MÜNAQİŞƏLƏRİN HƏRBİ YOLLA HƏLLİ VARMI?

Berlin, 29 iyun (AZƏRTAC). Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni İTAR-TASS-ın müxbirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in imkanları barədə sualına cavab verərək demişdir: “Hər hansı münaqişənin hərbi yolla həlli mümkün deyildir. Bütün mübahisələrin aradan qaldırılmasının yeganə variantı onların danışıqlar vasitəsilə dinc yolla həllidir”. O bildirmişdir ki, “çoxdankı və çətin problemlərin tez həllinin sehrli resepti yoxdur. Müdrik qərarlar qəbul etmək, bütün münaqişə tərəflərinin münaqişənin əbədiləşdirilməsinin heç kimin maraqlarına cavab vermədiyini anlaması və bununla razılaşması üçün vaxt lazımdır”.

Söhbət bütün münaqişələrdən gedəndə xanım Bakoyanninin ümumiləşdirməsi ilə razılaşmaq çətindir. Müharibə həqiqətən, çox pis, müdhiş bir hadisədir. Lakin klassiklərdən birinin dediyi kimi, bu, eyni siyasətin başqa vasitələrlə davamıdır. Müharibələr hələ homo sapiens iki-iki, üç-üç qrup halında toplaşmağa başladığı vaxtdan əvvəl başlamışdır. Səbəb isə müxtəlif olmuşdur: öldürülmüş mamontun cəsədini bölməkdən tutmuş kosmik texnologiyalardan istifadə edərək terrora qarşı əməliyyatların aparılmasınadək. Əslinə qalsa, diplomatlar və hərbçilər eyni işi yerinə yetirirlər: milli mənafeləri müxtəlif vasitələrlə qoruyurlar. Diplomatlar bir-birini anlamadıqda sözü hərbi geyimli soydaşlarına verirlər və bir ölkənin hərbçiləri təqsirkar deyillər ki, əks düşərgədəki diplomatlar inadkarlıq nümayiş etdirərək, o biri ölkəyə seçim imkanı vermirlər. Xanım Bakoyanninin hesab etdiyi kimi, bütün mübahisələrin danışıqlar vasitəsilə dinc yolla həlli “yeganə” variant olsaydı, Ermənistan qonşu ölkənin ərazisinin 20 faizini işğal etməzdi. Ermənistan digər dövlətin bir milyon vətəndaşını öz yurd-yuvasından heç də diplomatik yolla qovmamışdır. Odur ki, münaqişənin hərbi yolla həllini mübahisənin lap ortasında, tərəflərdən birinin öz taktiki məqsədinə çatdığı və mövqeyindən dönmək niyyəti olmadığı bir vaxtda qanunsuz adlandırmaq tezdir.

“Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli variantı yoxdur” deyənlərin məntiqini anlamaq çətindir. Tərəflərinin heç bir silahı, heç olmazsa, sapandı olmayan münaqişələr istisna olmaqla, bütün münaqişələrin hərbi yolla həll variantı vardır. Silahsız tərəflərin münaqişəsinin hərbi vasitələrlə həlli yoxdur, necə ki, cərrah olmadığı halda xəstəliyin əməliyyat yolu ilə müalicəsi yoxdur. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll variantı həmişə vardır. Bu yolun məqsədəuyğun olub-olmaması isə başqa məsələdir.

Şübhəsiz ki, münaqişənin siyasi yolla, qırğınsız həlli bütün digər üsullardan daha yaxşıdır. 1942-ci ilin yazında Şərq cəbhəsində qısamüddətli sakitlik hökm sürürdü. Hitlerin Vermaxt ordusunu SSRİ-nin işğal olunmuş bütün ərazilərindən könüllü çıxarması Stalinin baş qərargahını razı salırdı. Hadisələrin bu cür inkişaf edəcəyinə azacıq da olsa ümid yaransaydı, şübhəsiz ki, sovet və alman diplomatları danışıqlar masası arxasına keçmək üçün özlərində qüvvə tapardılar. Lakin bu ümid yoxdursa, belə danışıqların da (özü də sonsuz davam edəcək) mənası yoxdur. Burada artıq söz hərbçilərindir. Azərbaycan diplomatiyasının danışıqlar prosesində iştirak etməsi faktı hələlik ümidin olduğundan xəbər verir. Lakin dövlətimizin milyardlarla dollar vəsaiti sosial proqramlar əvəzinə, müdafiə məqsədlərinə sərf etməyə məcbur olması göstərir ki, bu ümid tükənə bilər. Tükənən isə əvvəl-axır bitir. Odur ki, Ermənistanda anlamalıdırlar ki, azərbaycanlılar bədxərc deyillər və pulu küləyə sovurmurlar.

Müdrik qərarlar qəbul etmək üçün vaxt lazım olması barədə fikrə gəldikdə isə, nazirə bu sözləri son zamanlaradək çadır düşərgələrində yaşamağa məcbur olan bir milyon qaçqın və məcburi köçkünə ünvanlamağı tövsiyə edərdik. Kiminsə, haradasa, nəhayət ki, “müdrik qərar” qəbul etməsi üçün nə qədər vaxt lazımdır? Mübahisənin həlli yolu kimi müharibə nə qədər mənfur variant olsa da, etiraf etməliyik ki, həmin o klassik düz deyirmiş.

Rusiya XİN-də deyəndə ki, “biz problemin bütün münaqişə tərəflərini razı sala biləcək həll variantını dəstəkləyirik, lakin biz münaqişə iştirakçılarına kənardan reseptlərin verilməsinə etiraz edirik”, biz bunu belə başa düşməliyik ki, bu, münaqişənin dondurulmasının ən yaxşı yoludur. Tərəflərdən birinə (məlumdur hansına) “xaricdən” diplomatik təzyiq göstərilməsə, yaxud “mikrofon” diplomatlardan hərbçilərə ötürülməsə həmin tərəf elə hey ATƏT-in Minsk qrupunun pasifik və eyni zamanda, mənasız mövqeyi arxasında daldalanacaqdır.. Əgər bu şablonu 1942-ci ilin yazında yaranmış vəziyyətlə müqayisə etsək və o zaman cəbhədə yaranan bir aylıq fasiləni 15 ayadək uzatsaq cəfəng bir şey alınar! Həmsədr ölkələrin bu cür mövqeyinin səbəbi bəzən gizlədilmədikdə, hətta açıq-aydın deyilən sözlərdən seziləndə təəccüblənməyə dəyməz: “Hesab edirik ki, regionun beynəlxalq hərbi-siyasi rəqabət meydanına çevrilməsinə gətirib çıxarmayan, sabitliyin və sakitliyin regiona qayıtmasına imkan verəcək qərarın yaşamaq hüququ vardır”. Münaqişəni həll etmək həvalə olunanların onu dondurmasının səbəbi bu deyilmi?

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfər Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunacaq

Bakıda beynəlxalq sammitdə dövlət idarəçiliyinin gələcəyi və institusional islahatlar müzakirə olunub

“Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas yanaşmalar": PANEL SESSİYA

Seneqallı nazir: Dövlət qurumları vətəndaşların ehtiyaclarına uyğunlaşmalıdır

Qvineya 2040-cı ilədək dövlət xidmətlərini “ASAN xidmət” modeli əsasında modernləşdirməyi hədəfləyir

Fransalı basketbolçu NBA-da iki şəxsi rekordunu yeniləyib

Nazir: Vətəndaşların pensiya sisteminə daxil olmaq imkanları asanlaşdırılır

Qlobal Cənub Gənclər Platformasında təmsil olunan ölkələrin sayı 40-a çatıb

Polşa portalı: Çindən Azərbaycana gələn qatarların sayı artır, Orta Dəhlizin əhəmiyyəti yüksəlir

Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda yeni ağaclar əkiləcək

Mərkəzi Bank “Binance” şirkəti ilə real aktivlərin tokenləşdirilməsi imkanlarını müzakirə edib

® Mərkəzi Gömrük Hospitalının rəis müavini Türkiyədə beynəlxalq təlimdə iştirak edib

Macar nazir: Yerli icmalar planlaşdırma və qərar qəbuletmə mərhələlərində iştirak etməlidirlər

BDYPİ küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib

Azərbaycanın Zəfər Günü İsraildə qeyd olunub

Sahib Ələkbərov: Neftin qiyməti 65 dollar götürülməklə makroiqtisadi sabitliyin qorunması hədəflənir

Fransa 2026-cı ilin büdcəsində 3,8 milyard avroluq vəsaiti ləğv edir

Səudiyyə Ərəbistanı mediasında Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Nazir müavini: Əhalimizin real gəlirləri 3,7 faiz artıb

ABŞ-nin neft ehtiyatları azalır

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib

Məcnun Məmmədov: Məqsəd odur ki, əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan fermer mütləq gəlir əldə etsin

Arif Əsədov: “Sabah” Norveçdə ən azı bir xal qazanmağa layiq idi

Fransa bankına kiberhücum: 133 milyon dollardan çox vəsaitin mənimsənildiyi bildirilir

Sahib Ələkbərov: 2027-ci ilin qanun layihəsində yaşayış minimumu ölkə üzrə 314 manat müəyyən edilib

Nazir müavini: Neft-qaz sektorunda 1,2 faiz azalmaya baxmayaraq, qeyri-neft-qaz sektorunda 2,6 faiz artım olub

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir VİDEO

BMT rəsmisi: “ASAN xidmət" dövlət xidmətləri ilə bağlı ideyaların dünyaya yayılmasına mühüm töhfə verir VİDEO

Pakistan “ASAN xidmət” mərkəzləri şəbəkəsini genişləndirmək üçün Azərbaycanla əməkdaşlığı davam etdirir

Dövlət Sosial Müdafiə Fondunun xərclərinin maliyyələşdirilməsinə 9,2 milyard manat vəsait nəzərdə tutulub

Bəzi rayonlarda leysan olacaq, dağlıq ərazilərdə qar yağacaq – HAVA PROQNOZU

Ülvi Mehdiyev: “ASAN” modelinin tətbiqi üçün müxtəlif qitələrdən Azərbaycana müraciətlər daxil olub VİDEO

Ülvi Mehdiyev: “ASAN” modelinin tətbiqi üçün müxtəlif qitələrdən Azərbaycana müraciətlər daxil olub VİDEO

“Zəfər veloyürüşü”: Azərbaycan könüllüləri tarixi Qələbəni qürurla qeyd ediblər

Nazir: Hər il ölkədə 800 min – 1 milyon hektar ərazidə taxıl əkilir

“Nərimanov” metro stansiyasında Qarabağın dirçəlişinə həsr olunan fotosərgi açılıb

DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxladı

Seulda 8 Noyabr - Zəfər Günü qeyd olunub

2027-ci ildə əmək pensiyaları 7,5 faiz səviyyəsində indeksləşdiriləcək

2027-ci ildə şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq

Akademik Rafael Hüseynov: Zəfər Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcıdır

® “Birbank Biznes”dən mikro biznes krediti üzrə 5 faizədək endirim kampaniyası

Xocalı sakini Rafiq Zamanov: Doğma kəndimə, öz evimə qayıtdığım üçün xoşbəxtəm

Dövlət Sosial Müdafiə Fondunun xərcləri artırılır

Nazir: Pakistan bütün beynəlxalq məsələlərdə Azərbaycanın yanında olacaq VİDEO

Nazir: Pakistan bütün beynəlxalq məsələlərdə Azərbaycanın yanında olacaq VİDEO

Rövşən Məmmədov: Azərbaycan radiosu milli düşüncənin və dövlətçilik ideologiyasının qorunmasında mühüm missiya daşıyır

Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb

Tbilisidə Azərbaycan və Türkiyə vəkillərinin futbol komandaları qarşılaşıb VİDEO

Tbilisidə Azərbaycan və Türkiyə vəkillərinin futbol komandaları qarşılaşıb VİDEO

Anar Əliyev: 2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər 9,2 faiz çox olacaq

Naxçıvan Regional Dost Mərkəzinə 8 minə yaxın müraciət daxil olub

Fransada ümummilli tətil və etiraz aksiyalarına 70 min polis və jandarm səfərbər olunub

Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50-dən çox ölkəyə ixrac olunur VİDEO

Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50-dən çox ölkəyə ixrac olunur VİDEO

İşğaldan azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir

Deputat: Yoxsulluq səviyyəsini qorumaq əsas vəzifələrdən biridir

Kələxana türbələri – Tarixin daş yaddaşı VİDEO

Kələxana türbələri – Tarixin daş yaddaşı VİDEO

Aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımının məbləği artırılır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 noyabr

Azərbaycan Biznesinin İnkişafı Fondu sahibkarlar üçün yeni “Yaşıl kredit” məhsulunu təqdim edib

Zəfər Günü ərəfəsində Laçında şəhid ailələri ziyarət edilib

Nazir: Akvakultura sahəsində məhsul ixracının artırılması nəzərdə tutulur

Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir

Səudiyyə Ərəbistanı Suriyaya 403 milyon dollardan çox güzəştli kredit ayırıb

Azərbaycançılıq ideologiyası Azərbaycan milli dövlətçiliyinin tarixi ilə də sıx bağlıdır – ŞƏRH

BDU-da “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda konfrans işə başlayıb

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Komitə sədri: 2027-ci ildə orta aylıq pensiya məbləğinin 640 manat olacağı proqnozlaşdırılır

Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb

Milli Məclisin komitə sədri: Gələn il bir sıra sosial müavinətlər artırılacaq

Pakistanlı nazir: “ASAN xidmət” modeli dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını artırır

Nazirlik: 500-dən çox müharibə əlili yüksəktexnologiyalı protezlərlə təmin edilib

® “Rabitəbank” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Seçmə mərhələ: Azərbaycan basketbol millisinin ev oyunlarına biletlər satışa çıxarılıb

Süni intellekt hazır məlumatlar olmadan yeni biliklər əldə edə biləcək - ARAŞDIRMA

Rolf Alter: Gələcək çağırışları müəyyənləşdirən mütəxəssislərlə məsləhətləşmələr aparılmalıdır

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Tibb bacısı: Göz yaşlarımızı yaralı əsgərlərdən gizlədirdik VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftə sonlarında əlavə qatar reysləri həyata keçiriləcək

“Zəfərin toponimik izləri”: azad olunmuş torpaqların coğrafi adları araşdırılır

Nabil Gangi: FAO akvakultura sahəsində Azərbaycana dəstək verməyə hazırdır

Azərbaycançılıq: etnik müxtəlifliyi dövlətçilik məfkurəsində birləşdirən milli ideya - ŞƏRH

Bərdədə toxum-sərgi satış yarmarkası olub

Azərbaycan Premyer Liqasında XI turun oyunlarına hakim təyinatları açıqlanıb

Bakı qlobal dialoq platforması kimi: Azərbaycanın artan fəallığı və xarici siyasət uğurları - ŞƏRH

Rania Al-Mashat: “ASAN xidmət” modeli digər ölkələr üçün də nümunədir

Natiq Məmmədli: Azərbaycan jurnalistikası Vətən müharibəsində çox böyük sınaqdan keçib

“Qərbi Abşeron” yatağında yeni stasionar dəniz özülü istismara verilib

Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib

Ryazana kütləvi dron hücumu sənaye obyektlərində yanğınlara səbəb olub

Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsi anılıb

Deputat: Hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır

Adriana Alberti: Dövlət institutları müasir çağırışlara uyğunlaşmalı və ictimai etimadı qorumalıdır

Milli Kitabxanada 6 Noyabr - Televiziya və Radio Gününə həsr olunmuş sərgi açılıb

DSMF-yə ən çox hansı məsələlərlə bağlı müraciət olunub? – statistika

Məcnun Məmmədov: Xəzəryanı və qonşu ölkələrlə elmi tədqiqatlar üzrə əməkdaşlığın genişləndirilməsini vacib hesab edirik

BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir VİDEO

BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir VİDEO

Şanxayda 9-cu Çin Beynəlxalq İdxal Sərgisi fəaliyyətə başlayıb

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fransanın şəhərlərində etiraz nümayişləri və tətillər başlayır

Cüdo üzrə yeniyetmələr arasında şəhər birinciliyi keçiriləcək

Nazir: Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini 2030-cu ilədək 7700 tona çatdırmaqdır

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb VİDEO

“ASAN xidmət” Cibuti və Şri-Lanka ilə anlaşma memorandumları imzalayıb VİDEO