MURMANSKDA XOCALI FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ QEYD OLUNACAQDIR
Murmansk, 10 fevral (AZƏRTAC). Keçən il olduğu kimi, bu il də fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayətindəki bütün təşkilatlarında Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçiriləcəkdir.
Murmansk vilayəti hökuməti yanında millətlərin işləri üzrə məşvərət şurasının üzvü Əlihüseyn Şükürov bildirmişdir ki, Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər planı təsdiq edilmişdir. Tədbirlərdə faciənin səbəbkarlarının hələ də cəzasız qaldığı diqqətə çatdırılacaqdır.
Bu günlər Azərbaycan xalqının milli azadlıq mübarizəsindən və Xocalı faciəsindən bəhs edən sənədli və bədii filmlərin nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
Murmansk regional şöbəsinin ofisinə gələnlər fotoşəkillər, “Qarabağ gerçəklikləri” silsiləsindən kitablar, akademik Budaq Budaqovun və tarix elmləri doktoru Qiyasəddin Qeybullayevin “Qərbi Azərbaycanın coğrafi tarixi”, Mirkazım Seyidovun “Xocalı soyqırımı: milyon imza - bir tələb”, “Heydər dühası” və digər kitablarla tanış ola biləcəklər. Mətbuatda əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında materiallar dərc olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]