Azərbaycan Dövlət İnformasiya Agentliyi

Murtuz Ələsgərov - 90: müasir dövlətçilik tariximizdə böyük xidmətlər göstərmiş ictimai-siyasi xadim

Ümummilli lider Heydər Əliyev onu Yeni Azərbaycan Partiyasının ideya və əqidəsinə sadiq, dönməz əsgəri adlandırırdı

Bakı, 1 oktyabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olan görkəmli dövlət xadimi Murtuz Ələsgərovun anadan olmasından 90 il ötür. Murtuz Ələsgərov Azərbaycanın müstəqillik tarixinə böyük zəhməti, insanpərvərliyi, prinsipiallığı, ölkəmizin azadlığı uğrunda qətiyyətli mübarizəsi ilə adını yazdırıb. O, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundakı xidmətləri və siyasi əqidəsi ilə respublikamızın tarixində silinməz iz qoyub. Bu gün xalqımız onu dərin hörmət və ehtiramla xatırlayır.

AZƏRTAC parlament tariximizdə özünəməxsus yer tutmuş Murtuz Ələsgərovun həyat yoluna və çoxşaxəli fəaliyyətinə nəzər salıb.

Murtuz Ələsgərov müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində böyük xidmətləri olan ictimai-siyasi xadim idi. O, milli parlamentin formalaşmasında əvəzsiz rol oynayıb. Eyni zamanda, hüquq elmləri üzrə zəngin bilik və təcrübəyə malik alim, ləyaqətli ziyalı kimi xatırlanır. Azərbaycan dövlətçiliyinin qurulmasına və inkişafına dəyərli töhfələr vermiş görkəmli şəxsiyyətlər arasında Murtuz Ələsgərovun özünəməxsus yeri var. Təsadüfi deyil ki, bu gün onun adı ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi hörmət və ehtiramla çəkilir.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gərgin ictimai-siyasi proseslər cərəyan edirdi. Ovaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin başlaması, xarici müdaxilələr respublikanı, sözün əsl mənasında, böyük fəlakətlərlə üz-üzə qoymuşdu. Belə ağır bir dövrdə Azərbaycan xalqı, ölkənin qabaqcıl ziyalıları müdriklik göstərərək dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Əlbəttə, bu, həmin dövr üçün olduqca təhlükəli addım idi. Çünki Heydər Əliyev və onun yaxın tərəfdarları daim təzyiqlərlə üzləşir, təqiblərə məruz qalırdılar. Azərbaycan xalqına düşmən olan bəzi qüvvələr də Heydər Əliyev şəxsiyyətindən açıq-aşkar çəkinir, hər vəchlə Ulu Öndərin yenidən hakimiyyətə gəlməsinin qarşısını almağa çalışırdılar. Amma xalqın güclü iradəsi bütün təhdidlərin qarşısını aldı və Heydər Əliyev Azərbaycanda hakimiyyətə dəvət olundu. Murtuz Ələsgərov həmin dövrdə və ondan sonrakı illərdə ümummilli lider Heydər Əliyevin sadiq silahdaşlarından birinə çevrildi.

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının müəlliflərindən biri olan Murtuz Ələsgərov öz amalı uğrunda mübarizə aparmaq əzminə malik bir ziyalı kimi xatırlanır. İctimai-siyasi xadim kimi başlıca istəyi isə ölkəmizdə beynəlxalq hüququn müstəqil subyekti olan suveren dövlətin qurulması, Azərbaycanın hüquqi, demokratik dövlət kimi bərqərar olması və inkişaf etməsi idi. Bu yolda o, əzmkarlıqla mübarizə aparır, heç bir təhlükədən, təqib və təzyiqlərdən qorxub çəkinmirdi.

Murtuz Ələsgərov xalqımızın çətin anlarında, taleyüklü məsələlərin həllində dərin zəkasını, bilik və bacarığını ortaya qoyub, milli mənafeyin müdafiəsinə qalxıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır günlərində ölkəmizin tanınmış vətənpərvər ziyalıları dahi siyasətçi Heydər Əliyevin müdrikliyinə, uzaqgörənliyinə, vətənpərvərliyinə və qətiyyətinə güvənərək, ondan xalqa yol göstərməsini, xilaskarlıq missiyasını yerinə yetirməsini xahiş edib, bununla bağlı müraciət ünvanlayıblar. Hər kəs inanırdı ki, xalqımızı tarixin bu çətin sınağından çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Ulu Öndərə ünvanlanan müraciətə imza atanlar arasında Murtuz Ələsgərovun adı birincilər sırasında idi. Hələ Heydər Əliyev Naxçıvanda olarkən dəfələrlə onun görüşünə getmiş, taleyüklü məsələlərlə bağlı fikir mübadiləsi aparmışdı.

Beləliklə, o dövrün ağır imtahanlarından şərəflə çıxan Murtuz Ələsgərov Ulu Öndərin sədaqətli silahdaşlarından biri olaraq ömrünün sonunadək bu missiyasını ləyaqətlə yerinə yetirdi.

Murtuz Ələsgərov hələ kiçik yaşlarından möhkəm iradəli, vətənpərvər ruhlu, xalqına və vətəninə bağlı, ədalətli insan kimi formalaşır, qanunların keşiyində durmaq, insanların hüquqlarını müdafiə etmək arzusu ilə yaşayırdı. Bu arzu onu 1945-ci ildə respublikanın ən mötəbər ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə gətirib çıxardı. 1950-ci ildə bu fakültəni fərqlənmə diplomu ilə bitirən Murtuz Ələsgərov hüquq elmini daha dərindən mənimsəmək məqsədilə Moskvaya gedir. SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasına qəbul olunaraq beynəlxalq hüquq sahəsində elmi araşdırmalara başlayır. Vətənə qayıdaraq Azərbaycan Dövlət Universitetində əvvəlcə dövlət hüquq kafedrasında baş müəllim və dosent kimi çalışır. Sonradan universitetin beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir və 8 il bu kafedraya rəhbərlik edir.

Beynəlxalq hüquq sahəsində ilk azərbaycanlı elmlər namizədi olan Murtuz Ələsgərov 1968-ci ildə Azərbaycan Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 1969-cu ildə isə ona beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilib.

Ulu öndər Heydər Əliyev Murtuz Ələsgərova bir peşəkar hüquqşünas kimi hər zaman böyük etimad göstərirdi. Təsadüfi deyildi ki, 1995-ci ildə Prezident Heydər Əliyevin sədrliyi ilə müasir dövrün tələblərinə uyğun, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu təmin edən Konstitusiya layihəsinin hazırlanması məqsədilə yaradılan Komissiyanın tərkibinə Murtuz Ələsgərov da daxil olunmuşdu.

O, beynəlxalq hüquq sahəsində dünya miqyasında da tanınmış alimlərdən biri idi. Bu sahədə biliklərini daim genişləndirir, beynəlxalq konfranslarda, simpoziumlarda dərin məzmunlu məruzələrlə çıxış edirdi. Eyni zamanda, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli, məhsuldar fəaliyyəti ərzində ölkəmizdə elmin və təhsilin inkişafına layiqli töhfələr verib. Onun yetirmələri bu gün ölkəmizin hüquq-mühafizə orqanlarında uğurla çalışırlar.

Murtuz müəllimin onlarla dərslik və monoqrafiyası, 200-dən çox elmi əsəri çap olunub. Onun rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə edən gənc alimlər arasında Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika ölkələrinin vətəndaşları da var. Həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olan Murtuz Ələsgərov 1993-1996-cı illərdə bu ali təhsil ocağının rektoru işləyib.

Hər zaman öz işgüzarlığı və prinsipiallığı ilə seçilən Murtuz Ələsgərov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdirir, insanları narahat edən məsələlərin ədalətli həllinə çalışırdı. O, 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi ilə yaradılan, bu gün regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının formalaşdırılmasında və təşkilatlanmasında yaxından iştirak edirdi. Uzun müddət partiyanın sədr müavini kimi fəaliyyət göstərən Murtuz müəllim Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün var qüvvəsi ilə çalışırdı. Odur ki, ümummilli lider Heydər Əliyev onu Yeni Azərbaycan Partiyasının ideya və əqidəsinə sadiq, dönməz əsgəri adlandırırdı.

Öz elmi, ictimai-siyasi fəaliyyəti ilə insanlar arasında nüfuz qazanmış, fəal ziyalı mövqeyinə malik professor Murtuz Ələsgərov 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlament fəaliyyəti dövründə ölkənin qanunvericilik bazasının yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edib. 1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib və on ilə yaxın müddətdə bu vəzifəni layiqincə yerinə yetirib. O, respublikamızda qanunvericilik sisteminin konstitusion prinsiplər əsasında təkmilləşdirilməsinə önəmli töhfələr verib, həmçinin hüquqi dövlət quruculuğu sahəsində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm xidmətlər göstərib.

Murtuz Ələsgərovun xidmətləri layiqincə qiymətləndirilib. O, "İstiqlal” ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin "Sodrujestvo” ordeni, Rusiya Federasiyasının "Dostluq” ordeni ilə, digər fəxri adlar və mükafatlarla təltif edilib.

Xalqına sədaqətlə xidmət etmiş görkəmli ictimai-siyasi xadim, Azərbaycan elminin və təhsilinin inkişafına böyük töhfələr vermiş alim-pedaqoq Murtuz Ələsgərovun əziz xatirəsi onu tanıyanların xatirəsində yaşayır və yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər