Musa Konate: İslam haqqında obyektiv məlumatların yayılması islamofobiya ilə mübarizədə mühüm rol oynayır
Bakı, 26 may, AZƏRTAC
Bakıda keçirilən islamofobiya üzrə beynəlxalq konfransda artıq üçüncü dəfə iştirak edirəm. Bu cür tədbirlər beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir. İslam haqqında obyektiv məlumatların yayılması islamofobiya ilə mübarizədə mühüm rol oynayır. Çoxları İslam dini ilə bağlı yanlış təsəvvürlərə sahibdir. Müsəlmanların zorakılığa meyilli olduqları və terrorizmlə əlaqələndirilmələri tamamilə məlumatsızlıqdan irəli gəlir. Tədris və maarifləndirmə fəaliyyətləri bu stereotiplərin aradan qaldırılmasında əsas vasitə olmalıdır.
Bu sözləri AZƏRTAC-a Qərbi Afrika ölkəsi Burkina-Fasodan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransa qatılan Musa Konate açıqlamasında söyləyib.
O, Avropa ölkələrində, xüsusilə Fransa və Skandinaviya dövlətlərində islamofobiyanın artmaqda olduğunu qeyd edib: “Bu ölkələrdə insanlar bəzən islamın sülh dini olduğunu bilmirlər. Halbuki İslam mədəni və ziyalı insanlar tərəfindən ibadət edilən bir dindir”.
O, həmçinin beynəlxalq ictimaiyyətin regiondakı məsələlərə münasibətinə də toxunub. İkinci Qarabağ müharibəsi zamanı Fransanın Ermənistanı dəstəkləməsini təəssüf hissi ilə xatırladan M.Konate bunun əsas səbəbinin regionun tarix və coğrafiyası barədə yetərli biliyin olmaması ilə əlaqəli olduğunu bildirib. “Fransa öz maraqlarını ön planda tutaraq reallıqları düzgün qiymətləndirmədi”, - deyə o əlavə edib.
Musa Konate islamofobiya ilə mübarizədə dialoqun, təhsilin və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]