MÜTƏXƏSSİSLƏR MOSKVANIN ŞİMALINDA PARTLADICINI ZƏRƏRSİZLƏŞDİRMİŞLƏR
AZƏRTAC Rusiyanın informasiya kanallarına istinadən xəbər verir ki, mütəxəssislər Moskvanın şimalında sərxoş kişidə aşkar edilmiş zərfdəki partladıcını zərərsizləşdirmişlər. Bu məlumatı cümə günü Moskva Şəhər Daxili İşlər Baş İdarəsinin informasiya və ictimai əlaqələr idarəsinin nümayəndəsi bildirmişdir.