Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikada Bilik Günü qeyd olunub

Ordubad rayonunun Aşağı Əndəmic kəndində yeni sosial obyektlər istifadəyə verilib

Ordubad, 15 sentyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən quruculuq işləri kəndlərin abadlaşmasına, müasir infrastrukturun yaradılmasına və insanların rahat yaşayışına səbəb olub. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir”. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Ordubad rayonunun Aşağı Əndəmic kəndində də geniş abadlıq-quruculuq işləri aparılıb, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, avtomobil yolu çəkilib, Ordubad şəhər stadionu yenidən qurulub.

Bilik Günündə Əndəmic kənd tam orta məktəbinin
yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də - Bilik Günündə Əndəmic kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın bütün təhsil müəssisələrinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri yeni tədris ilinin başlanması, Əndəmic kənd tam orta məktəbinin kollektivini isə həm də yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin inkişafında təhsilin əhəmiyyətini vurğulayaraq demişdir: “Gələcək nəslin yetişdirilməsi, onların təhsil alması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bilik səviyyəsindən asılı olacaqdır”. Ümummilli Liderimizin müəllifi olduğu və dövlət başçısı tərəfindən uğurla davam etdirilən təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yeni mərhələyə yüksəlmişdir. Bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmış, kompleks quruculuq işləri aparılaraq maddi-texniki baza möhkəmləndirilmişdir.

“Bu gün muxtar respublika gəncləri hər cür tədris imkanları - kompüterləri, elektron lövhələri, laboratoriyaları, STEAM və fənn kabinələri, ixtisaslı müəllim heyəti olan məktəblərdə təhsil alırlar”,-deyən Ali Məclisin Sədri bildirib ki, zəngin kitabxana fondu və elektron dərslik təminatı, xarici dillərin tədrisi, elm müəssisələri, eləcə də muzeylərlə məktəblər arasında keçirilən interaktiv dərslər şagirdlərin təhsili ilə yanaşı, həm də dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir. Görülən işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən gənclərimiz dünyanın istənilən universitetlərində ali təhsil almaq potensialına malikdirlər. Aşağı Əndəmic kəndində yaradılan şərait təhsil infrastrukturu ilə məhdudlaşmır. Kənddə geniş quruculuq işləri aparılmış, kənd və xidmət mərkəzləri tikilmiş, yeni yol çəkilmiş, əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi yüksəldilmiş, bir sözlə rahat yaşayış təmin olunmuşdur. Bütün bunlar bir kəndin timsalında Azərbaycan dövlətinin öz vətəndaşlarına, sağlam və etibarlı gələcəyinə göstərdiyi qayğının ifadəsidir.

Ali Məclisin Sədri deyib: Bu gün təhsilin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, bilikli, peşə sahibi, vətənpərvər, Ulu Öndərin ideyalarına sadiq, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirməkdir. Pedaqoji fikirdə də belə bir qayda var ki, şagirdlərin mənəvi dünyasını yalnız tədrisə, oxumağa sığışdırmaq olmaz; o məktəbli olmaqla yanaşı, həm də çoxtərəfli maraqları, istəkləri və hədəfləri olan insana çevrilməlidir. Əsl müəllimlər şagirdlərinə hazır bilikləri verənlər yox, onların təfəkkürünün formalaşmasına kömək edənlərdir. Ona görə də təhsil müəssisələrinin rəhbərləri, pedaqoji kollektivlər yaradılanlardan səmərəli istifadə etməli, keçirilən dərslərdə tariximizə, dilimizə, adət və ənənələrimizə, milli dəyərlərimizə hörmət və qayğı aşılanmalı, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. Təhsilli və vətənpərvər gənclikdən danışırıqsa, məktəblə bərabər cəmiyyətin hər bir üzvünün də üzərinə mühüm vəzifələr düşdüyünü unutmamalıyıq. Gənclərin təhsili və tərbiyəsi təkcə məktəbin işi deyil, bu, həm də ictimai vəzifədir. Aid dövlət qurumları, eləcə də ailələr gənclərin təlim-tərbiyəsinə kömək etməli, sağlam ailə-məktəb münasibətləri formalaşmalı, valideynlər tədris prosesinə cəlb edilərək övladının davamiyyəti, intizamı və təhsili barədə mütəmadi məlumatlandırılmalı, şagirdlərin məktəbdənkənar asudə vaxtları səmərəli təşkil olunmalıdır. Gənclərimiz də onlara göstərilən etimadı doğrultmalı, hərtərəfli təhsil alaraq peşə sahibinə çevrilməlidirlər. Biliklərə dərindən yiyələnməli, öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın inkişafına sərf etməlidirlər.

Ali Məclisin Sədri bu yolda kollektivə uğurlar arzulayıb və çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Dövlət üçün, xalq üçün gənclik hər şeydən qiymətlidir. Gənclərin sağlam böyüməsi, yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, daimiliyidir, əbədiliyidir”.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Ümumtəhsil məktəblərinin maddi-tədris bazası möhkəmləndirilir, şagirdlərin yüksək təhsil alması, istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı üçün əlverişli tədris şəraiti yaradılır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün bina tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Bu gün isə Əndəmic kənd tam orta məktəbi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilir. Cari tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 53 min 524 şagird təhsil alacaqdır ki, onun da 3680-i məktəbəhazırlıq, 5250-si isə birinci sinif şagirdidir. Şagirdlərin təhsili ilə 7500-dən çox müəllim məşğul olacaqdır ki, onlardan da 120-si ilk dəfə pedaqoji fəaliyyətə başlayan gənc kadrlardır. Yeni tədris ilinin başlanması ilə əlaqədar Ali Məclis Sədrinin tapşırığı əsasında ümumtəhsil məktəblərinə 182 mindən çox yeni dərslik verilib, sosial qayğıya ehtiyacı olan şagirdlər məktəbli forması və dərs ləvazimatları, 196 hərbi rəhbər isə xüsusi forma ilə təmin edilib. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Əndəmic kənd tam orta məktəbinin müəllimi Şəfa Sadiqova deyib: “Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada digər sahələr kimi, tədrisin yüksək səviyyədə təşkili üçün də hərtərəfli şərait yaradılır. Bilik Günündə Əndəmic kəndinin əhalisinə hədiyyə olunan məktəb binası da kollektiv üçün ən gözəl hədiyyədir. Həyata keçirilən uğurlu təhsil siyasəti, şagird və müəllimlərə göstərilən qayğı, yaradılan şərait biz təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur, müəllimləri daha yaxşı işləməyə sövq edir və məsuliyyətimizi daha da artırır. Bu cür möhtəşəm, müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə işləmək qürur və fərəh hissi doğurur. Muxtar respublikada müəllim əməyinə həmişə yüksək qiymət verilir. Yaradılan şəraitin nəticəsidir ki, gənclər müsabiqə yolu ilə işlə təmin olunur, şəhər və rayon mərkəzlərində yaşamalarına baxmayaraq, kənd məktəblərində işləməyə üstünlük verirlər”. Şəfa Sadiqova göstərilən hərtərəfli qayğıya görə kollektiv və valideynlər adından minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 252 şagird yerlik məktəbdə 14 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, 2 qarderob, idman zalı, anbar və təsərrüfat otağı yerləşir. Kitabxana fondunda 4981 kitab vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Şagirdlərin hazırladıqları “Günəş izləmə sistemi”, “Xətt izləyən robot”, “Alqoritmlə işləyən işıqfor” layihələri Ali Məclisin Sədrinə təqdim edilib.

Müəllim Türkanə Məmmədova deyib: “Naxçıvan təhsili özünün intibah dövrünü yaşayır. Əndəmic kənd tam orta məktəbinin istifadəyə verilməsi, onun maddi-texiniki bazasının möhkəmləndirilməsi və STEAM təliminin tətbiqi bunun bariz nümunəsidir. Mən də hər bir gənc kimi yaradılan şəraitdən yararlanaraq STEAM təlim kurslarında iştirak edib sertifikat almışam. Bundan sonra da gənc nəslin təhsilli, vətənpərvər ruhda böyüməsi üçün səylə çalışacağam”.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Bu da tədrisdə yeni texnologiyaların imkanlarından geniş istifadə olunmasına, ən əsası isə dərslərin daha yaxşı qavranılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Şagirdlərin nəzəri biliklərini möhkəmləndirmək üçün kimya, biologiya və fizika laboratoriyalarında müasir avadanlıqlar quraşdırılıb, idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə hərbi kabinə də fəaliyyət göstərir. Şahmat sinfinin bütün lazımi avadanlıqlarla təchiz olunması isə dərslərin daha yaxşı tədrisinə imkan yaradır.

Ali Məclisin Sədri birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, 2021-2022-ci tədris ilində məktəbin birinci sinfinə 16 şagird qəbul olunub.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən fəaliyyət proqramında bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılması prioritet sahə kimi müəyyənləşdirilib. Fəaliyyət proqramına uyğun olaraq muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Ordubad rayonunda Pəzməri, Dırnıs və Vələver məktəblərində tikinti və yenidənqurma işləri aparılır. Əndəmic kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılıb. Məktəbdə yaradılan şərait təhsilin yüksək səviyyədə təşkilinə, interaktiv və nümunəvi dərslərin keçirilməsinə, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır.

Məktəbin gənc müəllimi Badisəba Babayeva minnətdarlıq edərək deyib: Bu gün biz müəllimlərin, o cümlədən şagirdlərin və kənd əhalisinin sevincinin həddi-hüdudu yoxdur. Artıq Əndəmic kəndi də müasir kəndlər sırasına qoşulur. Məktəbimiz yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Ali Məclisin Sədri çıxışlarının birində dediyi kimi, “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”. Hər il yüzlərlə şagirdin ali təhsil müəssisələrinə qəbul olması təhsilə göstərilən qayğının, yaradılan müasir tədris şəraitinin nəticəsidir. Belə gözəl və yaraşıqlı məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi və bu arzumuza da çatdıq. Söz veririk ki, yaradılanları qorumaqla yanaşı, həm də əsl vətənpərvər gənclər yetişdirəcəyik.

Ali Məclisin Sədri deyib: Bilik Günündə Əndəmic kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi əlamətdar hadisədir. Müasir məktəbdə ölkəmizin gələcəyi olan gənclər yüksək səviyyədə hazırlanacaqlar. Gənclər təhsil almaqla bərabər, vətənpərvər böyüməli, öz tarixinə, milli dəyərlərinə, dilinə hörmət etməlidirlər. Müasir tədrisin tələblərinə tam cavab verən Əndəmic kənd tam orta məktəbi güclü tədris bazasına, zəngin kitabxana fonduna və dəyərli pedaqoji kollektivə malikdir. Bu da imkan verəcək ki, müəllim heyəti həm tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olsun, həm də şagirdləri vətənpərvər böyüdə bilsinlər. Muzeylər, ali təhsil müəssisələri ilə interaktiv əlaqələrin qurulması, bundan başqa elektron dərsliklərin tədrisdə tətbiqi və digər imkanlar gələcək nailiyyətlərin təməlidir.

“Əndəmic kənd tam orta məktəbinin nailiyyətləri qənaətbəxşdir. Son 5 ildə məktəbi bitirən məzunların 84 faizə yaxını ali və orta ixtisas məktəblərinə qəbul olub”, - deyən Ali Məclisin Sədri kollektivə təşəkkür edib, yaradılan şəraitdən sonra məktəbin nailiyyətlərinin daha da artacağına, muxtar respublikanın qabaqcıl məktəbləri sırasında özünə layiqli yer tutacağına əminliyini bildirib, yeni tədris ilində uğurlar arzulayıb.

Binanın həyətində fərdi qazanxana və bufet tikilib, açıq idman qurğuları qoyulub, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Aşağı Əndəmic Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb

Sentyabrın 15-də Aşağı Əndəmic kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 6299 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 115 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 41 üzvü vardır ki, onlardan da 11-i gənc, 18-i isə qadındır.

Yeni Azərbaycan Partiyası Aşağı Əndəmic kənd ərazi ilk təşkilatının sədri Badisəba Məmmədli yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Ordubad rayon Aşağı Əndəmic kənd Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sıraları günü-gündən genişlənir. Qəbul üçün sənəd verənlər çoxdur. Son illər Naxçıvan müasir şəhərə çevrilib. Kənd və rayonlarda aparılan abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bütün sahələrdə əldə edilən yüksək göstəricilər, davam etdirilən məqsədyönlü tədbirlər muxtar respublikanın dinamik inkişafının nəticəsidir. Muxtar respublikamız uğurla inkişaf edir. Bu uğurların təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Ali Məclis Sədrinin rəhbərliyi ilə bu il də rayonumuzda çox sayda quruculuq işləri görülüb. Söz veririk ki, göstərilən qayğıya cavab olaraq öz işimizi layiqincə yerinə yetirəcək, dövlətimizə daim dəstək olacağıq”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Hikmət Nəsirov deyib ki, kənd sakinləri, əsasən, ailə təsərrüfatı ilə məşğul olur. Yaradılan şəraitin nəticəsidir ki, təsərrüfatlarda istehsal olunan məhsulların rayon mərkəzi bazarında və Naxçıvan şəhərində təşkil olunan yarmarkalarda rahatlıqla satışı həyata keçirilir.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanlama və dezinfeksiya işlərinin aparılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Yeniləşən və müasirləşən yollar insanların rahatlığına xidmət edir

Hər bir ölkədə sosial-iqtisadi tərəqqini şərtləndirən amillərdən biri də yol-nəqliyyat infrastrukturunun inkişafıdır. Çünki müasir tələblərə cavab verən yolların mövcudluğu rahat hərəkəti təmin etməklə yanaşı, yerli istehsal məhsullarının itkisiz daşınmasına, turizmin inkişafına imkan verir. Muxtar respublikada da müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Ordubad şəhər-Aşağı Əndəmic kənd avtomobil yolu yenidən qurulub.

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 12,8 kilometrlik avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. 2,8 kilometr beton su kanalı çəkilib, 159 su keçidi və 573 metr qoruyucu sədd qoyulub. Yol çəkilişi zamanı 2750 metr içməli su xətti yenilənib, 755 metr yerüstü rabitə xətləri isə yeraltı kabel xətləri ilə əvəz edilib.

Xidmət mərkəzində yeni iş yerləri açılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Aşağı Əndəmic kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 nəfər işlə təmin olunub. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.

Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların sayının artırılması barədə tapşırıq verib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri Aşağı Əndəmic kəndinin müasir kəndlər sırasına qoşulması münasibətilə təbrik edərək deyib: Əndəmic kəndi bu gün tamamilə abadlaşıb, yenidən qurulub, müasirləşib, insanların rahatlığı təmin olunub, bütün infrastruktur yenilənib. Bütün bunlar sakinlərin rahat yaşayışı üçündür. Kəndin çox yaxşı təsərrüfat ənənələri vardır. Heyvandarlıq, arıçılıq, meyvəçilik inkişaf etdirilir. Ailə təsərrüfatları formalaşıb. Bunların hamısı ölkəmizin iqtisadi inkişafına, möhkəmlənməsinə, eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edən amillərdir. Eyni zamanda dövlət orqanlarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Sakinlər də yaradılan şəraitdən səmərəli istifadə etməli, torpaqlar əkilməli, kəndin abadlığı qorunmalı, ərazidə yaşıllıqlar artırılmalı, təsərrüfatlar genişləndirilməlidir. Bu gün Naxçıvan şəhərində olan infrastrukturla Əndəmic kəndində olan infrastruktur arasında fərq yoxdur. Burada da insanların rahat yaşaması üçün hər cür şərait yaradılıbdır.

Ali Məclisin Sədri kənd sakinlərinə firavan həyat, uzun ömür arzulayıb.

Aşağı Əndəmic kənd sakinləri adından minnətdarlıq edən ziyalı Tofiq Babayev deyib: Ali Məclis Sədrinin qayğısı ilə hər bir yaşayış məntəqəsi köklü şəkildə dəyişilib, insanların rifahı üçün yeni-yeni quruculuq işləri görülür. Aparılan uğurlu siyasətin nəticəsidir ki, muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları gerçəkləşərək respublikamız cənnətməkana dönüb. Həmin quruculuq işlərindən Ordubad rayonuna da pay düşüb. Rayonumuzda da kompleks quruculuq işləri aparılıb, əhali dayanıqlı qaz, işıq, su ilə təmin olunub. Bu il Ordubad rayonu ərazisində Dırnıs, Kələki, Unus, Pəzməri kəndlərində kompleks tikinti-quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur. Yollar yenidən çəkilir, körpülər salınır, digər lazımi tədbirlər görülür. Bununla bərabər Ordubad rayonunda 2 su elektrik stansiyası tikilir, rayonun qədim tarixə malik olan Ordubad Cümə məscidi əsaslı şəkildə bərpa edilir. Rayon stadionu yenidən qurulub. Görülən işlər bizi ruhlandırır və sevindirir. Bu gün Aşağı Əndəmic kəndinin tarixində çox əlamətdar tarixdir. Ona görə ki, 70 il Sovet hökumətinin görə bilmədiyi işlər qısa zamanda həyata keçirilib. Əndəmic kəndində məktəb, kənd və xidmət mərkəzləri tikilib, yollarımız əsaslı şəkildə təmir olunub, asfalt örtük verilib, kənddə müasir tipli ATS əhalinin istifadəsinə verilib. Bütün bunlar Bilik Günündə bizə verilən ən böyük hədiyyədir.

X X X

Aşağı Əndəmic kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 1200 metr yeni fiberoptik kabel, 1800 metr yeraltı rabitə xətti çəkilib. Həmçinin 2100 metr uzunluğunda izolyasiyasız hava elektrik xətti izolyasiyalı elektrik xətti ilə əvəz olunub, 33 dayaq basdırılıb, 14 beton gövdə bərkidilib. Bundan başqa 215 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 2511 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb.

Ordubad Cümə məscidində bərpa işləri davam etdirilir

Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Tarixi-memarlıq abidələri, məscid, imamzadə və ziyarətgahlar bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri davam etdirilir.

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanıb.

Bildirilib ki, ötən dövrdə abidənin daxili və xarici divarlarında, həmçinin daxili sütunlar və pəncərə-qapı boşluğundakı tağlarda qədim növlü kərpiclərlə üzləmə işləri aparılıb. Hazırda məsciddə seramik kərpiclə döşənmə və taxçaların kaşılı kərpiclərlə üzlənməsi işləri aparılır.

Ali Məclisin Sədri bərpa işlərinin davam etdirilməsi və ətrafdakı yolun genişləndirilməsi barədə tapşırıqlar verib.

Ordubad şəhər stadionu yenidən qurulub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, stadionun ümumi sahəsi 8980 kvadratmetrdir. Ərazidə ikimərtəbəli yardımçı bina və 400 nəfərlik tamaşaçı tutumuna malik 2 tribuna inşa edilib, sadə idman qurğuları quraşdırılıb, 30 yerlik avtomobil dayanacağı yaradılıb. Yeni tikilən ikimərtəbəli binanın birinci mərtəbəsində qarderob və digər köməkçi otaqlar, ikinci mərtəbədə isə qapalı tribuna yerləşir.

Süni örtüklü futbol meydançasının eni 45, uzunluğu isə 90 metrdir. Meydançanın ətrafında qaçış zolağı salınıb, ehtiyat oyunçular üçün hər biri 6 oturacaqdan ibarət 2 yer ayrılıb, monitor və 4 projektor quraşdırılıb.

Bina istilik, elektrik və su sistemi ilə təchiz olunub, həyətdə abadlıq işləri aparılıb.

Ali Məclisin Sədri stadionda rayondaxili və rayonlararası yarışların keçirilməsi, qurulanların qorunması ilə bağlı tapşırıqlar verib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir