Muxtar respublikada əhalinin 64,6 faizi kəndlərdə yaşayır
Naxçıvan, 3 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfərdir. Bu da 2010-cu ilin sonu ilə müqayisədə 9 nəfər çoxdur.
Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 496 nəfər düşür.
Qeyd edək ki, bu gün muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur bu yaşayış məntəqələrində əhalinin məskunlaşmasını hər il daha da artırır.