Muzey Mərkəzində “Tarixiləşən yaddaşımız” adlı tədbir–sərgi
Bakı, 15 yanvar, AZƏRTAC
Yanvarın 18-də Muzey Mərkəzində İstiqlal Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin birgə təşkilatçılığı ilə “Tarixiləşən yaddaşımız” adlı tədbir-sərgi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təşkil olunacaq sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan 20 Yanvar faciəsini əks etdirən 30-dək fotoşəkil və Gənclərin Respublika bədii yaradıcılıq evi şagirdlərinin 40-dək əl işi nümayiş olunacaq.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gənc musiqiçilərin ifasında “20 Yanvar şəhidlərinin xatirəsinə ithaf” konsert proqramı, həmçinin bədii yaradıcılıq evinin dərnək üzvlərinin hazırladığı bədii hissə və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən videoçarx və sənədli film nümayiş etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]