Muzeyin yeni ekspozisiyasında Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünü əks etdirən zal ayrılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünü əks etdirən xüsusi zal ayrılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Zalda nümayiş olunacaq dəyərli eksponatlarla yanaşı, həmin dövrü əhatə edən məlumatların və fotoların yerləşdirildiyi sensor sistemli elektron masalar xüsusi maraq doğuracaq.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına böyük önəm verib.