Azərbaycan Dövlət İnformasiya Agentliyi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü VİDEO

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 8-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetdə “Açıq qapı” gününün keçirilməsi abituriyentləri və valideynləri tədris prosesi, filiala qəbul qaydaları ilə tanış etmək, onları filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisad və fizika fakültələrində bakalavr və magistrlərin hazırlanması barədə ətraflı məlumatlandırmaq məqsədi daşıyır.

Bu dəfə də “Açıq qapı” gününə qatılmaq istəyən abituriyentlərin sayı əvvəlkilər kimi çox olub. Universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, ədəbiyyat, təhsil sisteminə və qəbul qaydalarına həsr olunmuş kitabçalardan ibarət stendlər təqdim edilib.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının elmi işlər üzrə prorektoru Azad Tağızadə abituriyentləri və valideynləri düzgün seçimdə - bu ali məktəbi seçməkdə təbrik edib. Vurğulayıb ki, Bakı filialının məzunlarına postsovet məkanında yeganə olan, dünyanın ən yaxşı 100 universiteti sırasında yer alan, bəzi qaydalara görə isə hətta 30 universitet sırasına daxil olan M.V.Lomonosov adına MDU-nun diplomları verilir. Beləliklə, filialın tələbələri Bakını tərk etmədən Moskva Dövlət Universitetinin diplomlarını əldə edirlər. Bu diplomlar bütün dünyada tanınır.

Filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Əvvəlcə burada üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri fəaliyyət göstərib. Sonra universitetin təhsil sahəsinin genişləndirilməsi ilə əlaqədar psixologiya, iqtisad və fizika fakültələri açılıb.

Y.Sadovniçi universitetdə baş verən yeniliklər barədə danışaraq deyib: “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə çox gözəl kampus inşa edilib. Tələbələrin dərin biliklərə yiyələnməsi, istirahəti və yaşaması üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları var. Filialda tədris əvvəlcə dörd il ərzində bakalavriat proqramı üzrə aparılır, sonra arzu edənlər təhsillərini iki il müddətinə magistraturada davam etdirə bilərlər. Fənləri əsasən MDU-nun professor və müəllimləri tədris edirlər. Tələbələr sonda Moskva məzunlarının aldıqları diplomdan heç nə ilə fərqlənməyən diploma sahib olurlar. Filialda oxumaq çətindir, lakin buranı bitirib diplom aldıqdan sonra praktika göstərir ki, işə düzəlməklə problem yaranmır. MDU-nun diplomu bütün dünyada tanındığına görə universitetimizin məzunları işə düzəlmək, təhsillərini xarici ölkələrin nüfuzlu ali məktəblərində davam etdirmək üçün yaxşı imkan qazanırlar”.

Bu il qəbul qaydalarının əsasən dəyişilmədiyini qeyd edən Y.Sadovniçi deyib ki, qəbulda iki yenilik edilib. Bunlardan biri imtahanın keçirilmə vaxtıdır. Bu il qəbul imtahanı avqustda deyil, iyulun əvvəlində keçiriləcək. İkincisi isə imtahanların ardıcıllığıdır. Birinci əsas fəndən imtahan veriləcək, sonra ifadə yazılacaq, hansı fakültədə üç imtahan nəzərdə tutulubsa, onların arasında müvafiq üçüncü imtahan olacaq. Filialın tədris fəaliyyəti innovasiya texnologiyaları və metodlarından istifadə edilməklə praktiki olaraq M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları əsasında həyata keçirilir.

Qəbul komissiyasının məsul katibi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, bu barədə bütün məlumat filialın http://msu.az/ saytında yerləşdirilib. Əgər məlumat kifayət etməzsə, http://www.msu.ru/ saytına, habelə filialın [email protected] elektron ünvanına müraciət etmək olar. Bu il filial bakalavr və magistr proqramı üzrə qəbul keçirir. Filialda altı fakültə ilə yanaşı, filologiya fakültəsinin bazasında “Rus dili və ədəbiyyatı” və “Roman-german filologiyası” (ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsində iqtisadiyyat və menecment bölmələri var. Magistraturaya qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya və iqtisadiyyat (beynəlxalq biznes) üzrə aparılır. Filialda qəbul imtahanları və təhsil rus dilindədir. Bundan əvvəl Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil pulsuzdur.

Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən birinci (yaz) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə 300 və ya daha çox bal toplamaq tələb olunur.

Denis İlyutko deyib: “2017-ci ildən birinci kursa qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza (ERİ) - FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında http://dim.gov.az/ doldurula bilər. Elektron sənəd qəbulunun iyunun 1-dən iyulun 5-dək aparılması nəzərdə tutulur. Bununla bağlı MDU-nun Bakı filialının http://msu.az/ saytını izləmək tövsiyə edilir. Qəbul imtahanları iyulun 6-dan 12-dək keçiriləcək”.

MDU-nun mexanika-riyaziyyat fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru, MDU-nun tətbiqi riyaziyyat fakültəsinin tədris-elm işlərinə məsul Anatoli Kombarov qeyd edib ki, filiala gələn professorların sayı dosentlərdən çoxdur. “MDU-nun mexanika-riyaziyyat fakültəsinin reytinqi dünyada digər ali məktəblərin müvafiq fakültələrindən xeyli yüksək, hətta bütövlükdə MDU-nun reytinqindən yüksəkdir. Filialda tədrisi çox görkəmli riyaziyyatçılar aparır. Məsələn, filial fəaliyyətə başlayandan burada MDU-nun qaz dinamikası fakültəsinin professoru Aleksandr Vasilyeviç Zvyaqin dərs deyir. O, M.V.Lomonosov mükafatı, Rusiya Dövlət Mükafatı laureatıdır, habelə “Boeing” şirkətinn Moskva filialında mühazirə oxuyur. Fakültədə təhsil almaq çox çətindir. İmtahan sessiyasında imtahanı yenidən verənlər, hətta ikinci ilə qalanlar da olur. Lakin fakültəni bitirənlərin işə düzəlməsi baxımından biz birinci yerdəyik. Azərbaycanda müxtəlif sahələrdə, eləcə də xaricdə işləyən məzunlarımız var. Məzunlarımızdan Mətanət Qafarlı Türkiyədə aspiranturaya qəbul olunub və Türkiyə hökuməti ona əcnəbi tələbə olaraq ən yüksək təqaüd ayırıb”, - deyə Anatoli Kombarov qeyd edib.

Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Vladimir Katayev vurğulayıb ki, “Açıq qapı” gününə toplaşanların sayı Azərbaycanda rus dilinin yaşadığını və bu dilə tələbat olduğunu göstərir. “XX əsrin görkəmli riyaziyyatçısı, akademik Andrey Kolmoqorov çıxışlarından birində deyib ki, filologiyanı gələcəyin elmi hesab etmək olar”, - xatırladan Vladimir Katayev hələ internet olmayan dövrdə klassiklərin zəngin məzmunlu əsərlərinin özündə böyük informasiya ehtiva etdiyini diqqətə çatdırıb. O, MDU-nun filologiya fakültəsinin tarixindən, buranın görkəmli məzunlarından söz açaraq vurğulayıb ki, Bakı filialında fəaliyyət göstərən fakültəyə də tələbat var. “Filialın filologiya fakültəsinin məzunları sırasında burada işləyən müəllim də, KİV-də çalışan jurnalist də var. Məzunların əksəriyyəti magistraturada təhsillərini davam etdirirlər. Habelə Strasburqda magistratura təhsili alan məzunumuz olub. Orucova Ülviyyə isə Barselonada doktoranturada təhsil alır. Əlbəttə, filiala qəbulda müsabiqə böyükdür, lakin təhsil keyfiyyətlidir. Burada filologiya sahəsində fundamental tədris aparılır”, - deyə Vladimir Katayev bildirib.

Kimya fakültəsi dekanının elmi işlər üzrə müavini, radiokimya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru Stepan Kalmıkov diqqətə çatdırıb ki, kimyanı, fizikanı, biologiyanı peşəkar bilən adamlar gələcəyin, elmi tərəqqinin konturlarını müəyyən edən şəxslərdir. “Kimya fakültəsinin öz ənənələri var. Filialda ilk gündən kimya fakültəsinin fəaliyyət göstərməsi Azərbaycan Respublikası rəhbərliyinin düzgün seçimi idi. Çünki neftlə bağlı olan nə varsa, bu həm də neftin emalı ilə bağlıdır. Fakültədə neft kimyası, üzvi kimya, fiziki kimya istiqamətlərində tədris aparılır. MDU-nun kimya fakültəsi ən yaxşı elmi-təhsil müəssisəsidir. Bu fakültə ən yaxşı akademik sistemlərlə, institutlarla uğurla rəqabət apara bilər. M.V.Lomonosov adına MDU-nun rəhbərliyinin köməyi, habelə filialın kimya fakültəsinin öz gəliri sayəsində bu fakültə ən müasir avadanlıqla təchiz edilib. Fakültənin məzunlarına istər dövlət müəssisələrində, istərsə də özəl sektorda, eləcə də xaricdə böyük tələbat var”, - deyə Stepan Kalmıkov qeyd edib.

MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, Bakı filialı MDU-nun fizika fakültəsinin fəaliyyət göstərdiyi yeganə filialıdır. O deyib: “Filialda fakültənin yaradılmasına və burada MDU-nun tam proqramının tədrisinə bəziləri şübhə ilə yanaşsalar da, biz bunu yaratdıq və tədris prosesi də tam proqram üzrə gedir. Fizika təcrübi elm olduğundan tələbələr müasir avadanlıqla işləməlidirlər. Bu baxımdan filialda ən müasir avadanlıq var”.

İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, iqtisadiyyat fakültəsi filialda nisbətən yeni olsa da, keçən il iqtisadçı, menecment ixtisası üzrə öz buraxılışını həyata keçirib. Məzunların yarısı burada keçən il açılan magistraturada menecment istiqaməti üzrə təhsillərini davam etdirirlər. Ceyhun Hüseynov iqtisad elmlərinə tələbatdan danışıb, fakültədə fundamental tədris aparıldığını vurğulayıb, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.

Ümumi psixologiya kafedrasının dosenti, psixologiya fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Leonid Babanin filialda tədrisin yüksək səviyyədə təşkilindən, bu sahənin mütəxəssislərinin fəaliyyətindən danışıb, filialda müvafiq ixtisasın tədrisi üçün hər cür şərait yaradıldığını qeyd edib.

Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Tədbirin rəsmi hissəsindən sonra gələcək abituriyentlər və onların valideynləri tələbə kampusuna baş çəkiblər.

Beləliklə, MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələri öz qapılarını qonaqlarının üzünə açıblar. Hər kəs 2017-ci ildə filiala qəbul qaydaları, burada tədris prosesi ilə yaxından tanış olmaq imkanı qazanıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib