Myanmada hava zərbəsi 100-ə yaxın insanın ölümünə səbəb olub
Bakı, 12 aprel, AZƏRTAC
Myanma hərbçilərinin ölkənin şimalındakı Sikayn bölgəsindəki bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib.
Məlumatlara görə, ölənlər arasında çoxlu sayda uşaq da var. İlkin məlumatlarda ölənlərin sayının 50-yə yaxın olduğu bildirilsə də, lakin sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara görə bu rəqəm 100-ə çatıb.
Təyyarənin səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atdığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]