Naftalanda çoxmərtəbəli yaşayış binalarının dam örtüklərində təmir işləri aparılır
Naftalan 3 iyul, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtüklərində təmir işlərinə başlanılıb.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhər sakinlərinin müraciətləri əsasında, intensiv yağışlar yağan zaman su sızmalarının qarşısının alınması məqsədilə çoxmənzilli yaşayış binalarının dam örtüklərində zəruri tədbirlər həyata keçirilib.
Belə ki, xüsusi qaldırıcı texnikanın köməkliyi ilə çoxmərtəbəli yaşayış binalarının dam örtükləri və yağış suları axıdılan novalçalar təmizlənib, həmçinin sıradan çıxmış novalçalar yenisi ilə əvəz olunub.
Həmçinin şəhərdə 3 doqquz mərtəbəli yaşayış binasının fasad örtüyünün şüşə üzlükləri yuyularaq təmizlənib.