“Nant” klubu ilə matçda “Qarabağ” hesabı açıb
Bakı, 15 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Nant” oyununda Ağdam təmsilçisi hesabı açıb.
AZƏRTAC xəbər verir ki, matçın 60-cı dəqiqəsində “Qarabağ”ın hücumçusu Kvabena Ovusu baxımlı qola imza atıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edir.
G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu “Frayburq”u (Almaniya) qəbul edir. Hazırda Almaniya klubu 3:0 hesabı ilə öndədir.
Qeyd edək ki, “Nant” ilk turda “Olimpiakos”u məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.