Naomi Osaka “Australian Open-2019” turnirinin qalibi oldu
Bakı, 26 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 26-da “Australian Open-2019” turnirinin final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 44,5 milyon dollar təşkil edən turnirin finalında yapon Naomi Osaka çexiyalı Petra Kvitova ilə üz-üzə gəlib. İki saatdan artıq davam edən görüş N.Osakanın qələbəsi ilə başa çatıb (7:6, 5:7, 6:4). Yapon tennisçi ardıcıl ikinci dəfə “Böyük dəbilqə” seriyası yarışlarında qalib gəlir. O, 2018-ci ildə “US Open” turnirinin qalibi olub. Həmin turnirdə Naomi Serena Vilyamsı məğlub etmişdi (6:2, 6:4).
İyirmi bir yaşlı Naomi Osakanın “Australian Open” turnirində ən yaxşı göstəricisi 2018-ci ildə dörddəbir final mərhələsinə çıxması olub. Naomi son 25 ildə “Australian Open” turnirinin qalibi olan yeganə yapon idmançıdır.