NARKOTİK MADDƏ ALVERÇİLƏRİ İŞ BAŞINDA YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı şəhər sakinləri Aleksandr Starostin, Arif Baqşiyev, əvvəllər məhkum olunmuş Balağa Kərimov qabaqcadan cinayət əlaqəsinə girərək 0,357 qram heroini satarkən tutulmuşlar. A.Baqşiyevdə 0,332 qram heroin tapılmışdır.
Ağdaş Rayon Polis Şöbəsinin əməliyyatçıları Sadiq Zəkəriyəyevi 4,08 qram marixuananı qonşusu Nurlan Abdullayevə satarkən yaxalamışlar.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları isə Raci İsgəndərovdan 0,511 qram heroin götürmüşlər.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]