Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan sakini tutulub
Bakı, 6 mart, AZƏRTAC
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev şəhər polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Şəxsi axtarış zamanı həmin şəxsdən 485 qram marixuana aşkarlanaraq götürülüb.