Azərbaycan Dövlət İnformasiya Agentliyi

NASA-da çalışan azərbaycanlı: Elmi ideyalarım onların diqqətini cəlb etdi

Cəlilabad, 27 noyabr, İlkin Adıyev, AZƏRTAC

Elm və texnologiya sahəsindəki nailiyyətləri ilə ölkəmizi beynəlxalq arenada tanıdan bir çox gənc alimlərimiz var. Onlardan biri də hazırda NASA-nın “Reaktiv Hərəkətlər Laboratoriyası”nda (“Jet Propulsion Laboratory” - JPL) postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərən Bəhruz Əhədovdur.

AZƏRTAC-ın bölgə müxbiri onunla feysbuk vasitəsilə əlaqə saxlayıb, gənc azərbaycanlı alimin NASA-ya qədər uzanan həyat yolu ilə maraqlanıb.

ABŞ Dövlət Departamentinin təşkil etdiyi nüfuzlu “Fulbright” təqaüd proqramının qalibi olan Bəhruz Əhədov bilik və təcrübəsi sayəsində beynəlxalq səviyyədə uğur qazanıb. Onun təhsil və elmi fəaliyyət yolu Cəlilabad şəhər 8 saylı məktəb-liseydən başlayıb, Bakı Dövlət Universitetinə, daha sonra isə beynəlxalq səviyyəli elmi təşkilatlara qədər uzanıb.

“Cəlilabad rayonunda anadan olmuşam. Orta təhsilimi elə burada almışam”, - deyən Bəhruz sonra Bakı Dövlət Universitetinin Geologiya fakültəsinə qəbul olaraq Geofizika ixtisasında bakalavr təhsilinə yiyələnib. Təhsil müddətində elmi işlərə olan marağı onu Geologiya və Geofizika İnstitutunda böyük laborant kimi çalışmağa sövq edib. Magistratura təhsilini Bakı Dövlət Universitetində Seysmologiya və seysmometriya üzrə davam etdirərək, tədqiqat işini DAAD proqramı çərçivəsində Almaniya Yer Elmləri Mərkəzində (GFZ) həyata keçirib. O, doktorantura təhsilini Çin Milli Elmlər Akademiyasında tamamlayaraq, Şərqi Aralıq Dənizi və Qafqaz bölgəsində Yer təkinin deformasiyası ilə bağlı araşdırmalar aparıb. Daha sonra Pekin Universitetinin nüfuzlu BOYA postdoktorantura proqramının region üzrə yeganə qalibi olub. Hazırda ABŞ-ın NASA JPL mərkəzində postdoktoral tədqiqatçı kimi fəaliyyət göstərir.

Müsahibim NASA-da işləmək üçün özünün müraciət etdiyini bildirir. Müraciətinin əsas səbəbi isə Xəzər dənizinin səviyyə dəyişmələrinin ətrafa dinamik təsirləri və Azərbaycanda peyk texnologiyaları vasitəsilə təbii hadisələrin öyrənilməsi sahəsində tədqiqat işləri aparması olub. Bu sahədəki işlərini və əldə etdiyi nəticələri daha da inkişaf etdirmək üçün NASA ilə əməkdaşlıq etməyə qərar verib.

“Müraciətimdən sonra bir neçə ay ərzində NASA JPL ilə danışıqlar və müzakirələr oldu. Mənim tədqiqatlarımın nəticələri, göstəricilərim və gələcək planlarım onların diqqətini cəlb etdi. Bir müddət sonra dəvət məktubu aldım. Məktubda qeyd edilirdi ki, tədqiqat istiqamətlərim və planlarım onların işləri ilə üst-üstə düşür və mənimlə əməkdaşlıq etməkdə maraqlıdırlar. Hətta mənə tam təqaüdlü postdoktorantura tədqiqatı təklif edilmişdi. Lakin mən ilk olaraq zaman baxımından “Fulbright” proqramına müraciət etməyə qərar verdim. Çünki NASA-nın təqaüd məsələləri bir qədər uzun zaman tələb edir və bu sahədə rəqabət həqiqətən böyükdür. Adətən, hər bölmə üçün illik olaraq yalnız bir yer ayrılır. Bu proses mənim üçün olduqca maraqlı və dəyərli təcrübə idi. Çünki beynəlxalq səviyyədə rəqabət aparmaq, öz tədqiqatlarımı tanıtmaq və qəbul olunmaq həm şəxsi, həm də tədqiqat baxımından böyük nailiyyət idi”, - deyə Bəhruz Əhədov bildirir.

Hazırda həmyerlimizin əsas tədqiqat sahəsi uzaqdan zondlama texnologiyalarından istifadə edərək, Yer qabığının dinamik proseslərini öyrənməkdir. Xüsusilə, InSAR (Synthetic Aperture Radar Interferometry) texnologiyasından istifadə edərək zəlzələlərin, vulkanların aktivliyi, torpaq sürüşmələri və təbii fəlakətlərin təsirlərini analiz edir: “Hazırda üzərində çalışdığım əsas layihələrdən biri Xəzər dənizinin səviyyə dəyişmələrinin sahil xəttinə və yaxın ərazilərə təsirini araşdırmaqdır. Bu tədqiqat sahəsi yalnız Yer səthindəki dəyişiklikləri deyil, həm də iqlim dəyişikliklərini və insan fəaliyyəti nəticəsində yaranan təsirləri öyrənmək üçün əhəmiyyətlidir. Digər bir tədqiqat istiqamətim isə Azərbaycan və Qafqaz regionunda Yer qabığının aktiv deformasiya proseslərinin öyrənilməsidir. Xüsusilə, uzaqdan zondlama və digər geodeziya məlumatları vasitəsilə zəlzələlərin və palçıq vulkanlarının qarşılıqlı təsirini analiz edirəm”.

Bəhruz deyir ki, NASA JPL-də çalışmaq həm texnologiya, həm də elmi araşdırma baxımından çox böyük imkanlar yaradır. “Burada dünyanın ən qabaqcıl peyk məlumatları və alətləri ilə işləmək, həmçinin multidissiplinar komandalarla əməkdaşlıq etmək tədqiqatlarımı daha geniş səviyyəyə çıxarır. Həmçinin bu araşdırmaların nəticələri yalnız elmi icma üçün deyil, həm də iqlim dəyişikliyi, fəlakətlərin idarə edilməsi və davamlı inkişaf sahələrində praktik tətbiq üçün böyük əhəmiyyət daşıyır”, - deyə o söyləyir.

Gənc alim bildirir ki, tədqiqat nəticələrinin yalnız elmi deyil, həm də tətbiqi dəyərinin olması üçün çalışır. Bundan əlavə, peyk məlumatlarının kənd təsərrüfatında, su ehtiyatlarının idarə olunmasında və təbii fəlakətlərin təsirlərinin azaldılması istiqamətində istifadəsini genişləndirmək istəyir.

“Əldə etdiyim uğurlarda Elm və Təhsil Nazirliyinin nəzdində olan Geologiya və Geofizika İnstitutunun da rolu olub. İnstitut rəhbərliyinin, müəllimlərimin mənə göstərdiyi dəstək və verdiyi tövsiyələr mənim üçün çox önəmli olub. Azərbaycan Milli Elmlər Akademiyası beynəlxalq arenada tanınmış nüfuzlu alimlər yetişdirib. Bu alimlərin gördüyü elmi işlər və əldə etdikləri nailiyyətlər ölkəmizin elminin inkişafına böyük təkan verib. Elmi mühitdə çalışan hər kəs, məhdud imkanlara baxmayaraq, mühüm irəliləyişlər əldə edib və mən inanıram ki, biz birgə çalışaraq, gələcəkdə dünya miqyasında daha böyük elmi uğurlara imza ata bilərik. Bu yeniliklər, yalnız elmi sahədə deyil, həm də texnoloji irəliləyişlərdə öz əksini tapacaq və Azərbaycan elmini daha yüksək səviyyələrə qaldıracaq” , - deyə Bəhruz Əhədov fikrini tamamlayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir