“NAXÇIVAN BEYNƏLXALQ HAVA LİMANI HAQQINDA” ƏSASNAMƏ TƏSDİQ EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Naxçıvan beynəlxalq hava limanı haqqında” əsasnamə təsdiq edilmişdir.
Bu sənəddə hava limanının fəaliyyəti ilə bağlı ümumi müddəalar, limanın əsas vəzifə və funksiyaları, hüquqları, əmlakı, vəsaitləri və təftişi məsələləri öz əksini tapmışdır.